12-01-2024, 22:11 467

Qərbi Azərbaycan Xronikası: “Ermənilər 1988-ci ilin fevralından təxribatlara başladılar”

“Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report”un məlumatına görə, “Göyçəyə qayıtsam, atamın buradakı məzarından ora torpaq aparacağam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.

O, qədim Oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Atasının poçtalyon işlədiyini, 10 yaşından qəzetləri kəndə özünün payladığını bildirən A.Xudaverdiyeva adət-ənənələrdən danışıb: “Qış aylarında məktəbin həyətində qartopu oynayırdıq, xizək sürürdük. Göyçə gölündə çimdiyimiz anları, o füsünkar təbiətin qoynunda gəzməyi yenidən yaşamaq istəyərdim”.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar: “Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, sakinlər qorxurdu. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə, növbə çəkirdilər. Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi, özü isə yenidən kəndə qayıtdı. Ermənilər Şəmkir rayonunun Bada kəndindəki bütün əşyaları, xalçaları mənimsəmişdilər.

Azərbaycanlıların köç maşınlarını ermənilər daşa basırdılar. Atam da zədə almışdı, daş başını yarmışdı. Nəhayət, atam evimizi 1988-ci il dekabrın 7-də Şəmkir rayonunun Bada kəndinə dəyişdi və orada məskunlaşdıq”.

Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib: “35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdur. Həqiqətən çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparam. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə, Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim.

Möhtərəm Prezidentimiz Qarabağı azad etdi, əminəm ki, Göyçəni də qaytaracaq və biz öz yurdumuza qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Həftəsonu istirahətə gedən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ Bu gün, 10:48 Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb Bu gün, 10:48 Mahir Emrelinin dayısı oğlunun meyiti tapıldı Bu gün, 10:48 Bu gün Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günüdür Bu gün, 10:48 Azercell ilə "Mələk İnvestorlar Məktəbi" startap və investorları bir araya gətirir Bu gün, 10:48 Premyer Liqada günün oyunları - AFİŞA Bu gün, 10:48 Ötən ay Azərbaycandan çıxışı qadağan edilmiş 511 nəfər ölkəni tərk etməyə cəhd edib Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub Bu gün, 09:48 Alyona Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən musiqi alətlərinin təqdimat mərasimindən paylaşım edib Bu gün, 09:48 Hikmət Hacıyev diplomatların azad olunmuş ərazilərə səfəri ilə bağlı paylaşım edib Bu gün, 09:48 Binəqədidə yeni təmir olunan bağça niyə istifadəyə verilmir? Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir" Bu gün, 00:48 Yeni ildə Şaxta babadan hədiyyə gözləyən bu bürclərin xəyalı puç olacaq Bu gün, 00:48 Alimlər süni intellektin çox sürətli inkişafından narahatdırlar Dünən, 23:48 Bakıda oğurluq hadisəsi kameralara düşdü - ANBAAN VİDEO Dünən, 23:48 Stressi dərmansız aradan qaldırmağın ən sadə yolu Dünən, 23:48 Dəbdəbəli villa, 6 metrlik hasar, helikopterin enməsi üçün meydança: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş Dünən, 23:48 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyası niyə söküldü? Dünən, 23:48 "Tomahawk" və "Burevestnik" qarşıdurması nə ilə nəticələnəcək? Dünən, 23:48 Gec ərə gedən xanımlarda hansı xəstəliklər yaranır? Dünən, 23:48 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq" Dünən, 22:48 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur Dünən, 22:48 Hikmət Hacıyev: Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir Dünən, 22:48 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI Dünən, 22:48 Diyetoloqlar arıqlamaq üçün vacib olan içkini açıqlayıblar Dünən, 22:48 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib Dünən, 22:48 Ermənistan vətəndaşlarının məhkəmə istintaqı yekunlaşıb Dünən, 22:48 İdeoloji işğalçıların yeni və köhnə əlaltıları Dünən, 22:48 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib Dünən, 22:48 ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır Dünən, 22:48 Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR Dünən, 22:48 Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib Dünən, 20:48 Yalanı tərgitmək üçün nə etmək lazımdır Dünən, 20:48 TİKA Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək Dünən, 20:48 Röya Ayxan konsertində sevənlərinə sürpriz edəcək Dünən, 20:48 İslam Rzayev HƏBS EDİLDİ Dünən, 20:48 Baş nazir Əli Əsədov İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri ilə görüşüb Dünən, 19:48 Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib Dünən, 19:48 "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs edildi Dünən, 19:48 Bakıda ictimai iaşə obyektində YOXLAMA - Bu nöqsanlar aşkarlandı Dünən, 18:48 Azərbaycan və Qırğızıstan təhsil sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 18:48 Vətəndaşların pullarını ələ keçirən cinayətkar qrupun rəhbəri Ramil Şükürova hökm oxundu Dünən, 18:48 Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib Dünən, 17:48 4-cü avtomobil bu gün sahibinə təhvil verildi Dünən, 17:48 Qazaxıstanda Zakir Həsənova medal təqdim edilib Dünən, 17:48 Alyona Əliyeva "Dostluq Kuboku" minifutbol turniri ilə bağlı paylaşım edib Dünən, 16:48 Qafqazda ilk dəfə Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib Dünən, 16:48 Cəzası uşağına görə təxirə salındı... Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR