
Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan "Hurriyyet TV"nin rəhbəri Vüqar Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqdimat təmin edilib və V.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının "Hurriyyet TV"də keçirdiyi əməliyyat zamanı saxlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.