
Bölgə idmançılarının Milli Gimnastika Arenasında təlim-məşq toplanışı davam edir.
"AVESTA.AZ" xəbər verir ki, bu dəfə Zaqatala və Qaxı təmsil edən 2012-2017 təvəllüdlü bədii gimnastlar Bakıda hazırlıq keçirlər.
Yanvarın 20-dək davam edəcək məşqlərə 11 idmançı qatılıb.
Məqsəd bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.
Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.