18-01-2024, 12:57 400

AFFA-nın departament direktoru: “Müraciətlər çoxdur, klublar kifayət qədər fəaldırlar” - MÜSAHİBƏ

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovun “Report”a müsahibəsi.

- Azərbaycan klubları 2024/2025 mövsümü üçün lisenziya müraciətlərinə rəsmən başlayıblar?
- Lisenziya üçün müraciət edən klublarla bağlı treninqləri başa vurmuşuq. Ekspertlər mütəmadi olaraq klublarla əlaqə saxlayır, sənədlərə baxır, öz tövsiyələrini verirlər. Bəzi klublar artlq sənədləri təqdim etməyə başlayıblar. Amma hələ vaxtları var. Yalnız UEFA lisenziyası üçün az müddət qalıb.

- UEFA lisenziyası üçün Premyer Liqanın bütün iştirakçıları müraciət ediblər?
- Bunu açıqlaya bilmərik. Çünki idman nəticələrinə təsir edə bilər. Onu deyə bilərəm ki, UEFA lisenziyaları barədə komissiyanın qərarını mayın ortalarına qədər açıqlayacağıq. Çünki UEFA bizə mayın sonuna qədər vaxt verib. Mayın ortalarına qədər qərarı açıqlayacağıq ki, bununla razılaşmayan hansısa klubun siyahını UEFA-ya göndərənə qədər apellyasiya şikayəti verməyə vaxtı olsun.

- Bəs ölkə daxili yarışlarla bağlı qərarlar nə zaman açıqlanacaq?
- Premyer Liqa, I Liqa, II Liqa və Yüksək Qızlar Liqası ilə bağlı qərarlar yarışlar bitdikdən sonra açıqlanacaq. Pley-off mərhələsi olan liqa ilə bağlı qərar pley-offdan əvvəl veriləcək. Qadınların çempionatında bu mövsümdən etibarən həm UEFA-ya, həm də yüksək liqaya lisenziya məcburidir.

- Yüksək Qızlar Liqasının 2024/2025 mövsümü üçün hazırkı 9 iştirakçının hamısı müraciət edib?
- Bəli. Ancaq hansının UEFA, hansının daxili çempionat üçün lisenziya almaqla bağlı müraciət etdiyini söyləyə bilməyəcəyəm. Adları açıqlamaq idman nəticələrinə təsir etmək deməkdir. Onu deyə bilərəm ki, hamısı Yüksək Qızlar Liqasında iştirak üçün müraciət ediblər.

- Bu liqada komanda sayının artırılması məsələsi gündəmdə var?
- Bunu mövsümün sonunda biləcəyik. II Liqa olmadığından, elitaya yüksəlmək və ya aşağı liqaya düşmək olmayacaq. Əlavə müraciət üçün vaxt var. Kimsə çempionata qatılmaq istəsə, mövsümün sonuna yaxın onlarla görüş keçirəcəyik. Onların daha qısa prosesdən keçərək, növbəti mövsüm üçün lisenziya əldə etmək şansları olacaq.

- I Liqa klubları arasında Premyer Liqada iştirakla bağlı müraciətlər var?
- Bəli, müraciətlər olub. Həmçinin I Liqada çıxış etmək istəyən II Liqa komandaları var. Qiymətləndirmə aparmaq indiki məqamda çətindir. Çünki klubların vaxtı var. Fevral-aprel ayları aralığında lisenziya müraciətləri üçün qızğın vaxt sayılır. Meyarlar üzrə sənədlərin qəbulu başlayacaq.

- Klubların bu baxımdan fəaliyyətləri ürəkaçandır?
- Müraciətlər çoxdur, klublar kifayət qədər fəaldırlar. I və II liqalarda çıxış edən komandaların iddiaları olmasa belə, onlar yer aldıqları çempionatlarda yenidən oynamaq üçün lisenziya almalıdırlar. Bunu klublarla görüşlərdə bildirmişik. I Liqa iştirakçılarının hamısından ən az mövqelərini qorumaqla bağlı müraciət almışıq. Bəziləri hətta Premyer Liqa üçün müraciət ediblər. Eyni zamanda II Liqa komandalarının da fəallığını qeyd etməliyəm. Ofisi Bakıda olanları AFFA-da qəbul edərək treninqləri keçirdik. Ofisi paytaxtda olmayanlarla isə yerlərdə görüşmüşük.

- Komandaların maliyyə durumları ilə bağlı vəziyyət necədir?
- Bildiyiniz kimi, bütün klublar dövlət tərəfindən maliyyələşir. Departamentimizin maliyyə meneceri həmin pulların necə xərclənməsinə dair hər ay klublardan hesabat alır. Hələ ki, bəzi klublar fəallıq nümayiş etdirirlər. Bəzilərinin isə əlavə sponsorlarının olması işlərini asanlaşdırır. Maliyyə hesabatı sırf lisenziyalaşdırma üçün auditdən keçməlidir. Bu da mart-aprel aylarında baş verəcək. I Liqa üçün əlavə vaxt vermişik. Çünki oradakı klublar nisbətən təcrübəsizdirlər. Premyer Liqa təmsilçilərindən arxayınıq. İllərdir bu prosesdən keçdikləri üçün təcrübələri böyükdür. Bu mövsümdən digər liqaların iştirakçıları ilə daha çox təmasda oluruq.

- Yekun qərarı AFFA-ya təqdim etmək üçün konkret tarix müəyyənləşdirmisiniz?
- Hər bir klub müstəqil auditoru dəvət edərək, sənədləri ona verəcək. Auditor da hesabatını hazırlayaraq rəyini verəcək. UEFA lisenziyası üçün son tarix 15 maydır. I Liqadan Premyer Liqaya lisenziya müraciətləri ilə bağlı iyunun 5-nə qədər qərar verilməlidir. I və II liqalarda iştirakla bağlı lisenziya müraciətinin cavabı da həmin tarixə qədər müəyyənləşməlidir. Yüksək Qızlar Liqasında isə son tarix 10 iyundur. Ancaq pley-off məsələsini də nəzərə alacağıq. Məsələni elə tənzimləyəcəyik ki, pley-offda iştirak edəcək komandaların hər ikisinin lisenziyası olacaq. Çünki pley-off matçından sonra qərar açıqlansa, həmin görüş önəmini itirə bilər. Məsələn, hansısa komandanın müraciət etdiyi liqada oynamaq ixtiyarı olmayacaqsa, onun pley-offda iştirakı mənasızlaşar. İctimaiyyətin diqqətini idman nəticələrinə yönləndirmək üçün I və II liqalar bitdikdən sonra bu barədə qərarları açıqlayacağıq.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR