30-08-2022, 17:00 886

Ekspert: “Emal müəssisələrinin “SOCAR Downstream Management”ə verilməsi mənasız xərcləri azaldacaq”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal müəssisələrin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi, təkcə səmərəliliyin artırılması, əlavə dəyərin götürülməsi formasında deyil, eyni zamanda mənasız xərcləri də azaltmış olacaq.

Bunu “Report”a açıqlanmasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, respublikamızda dövlət şirkətlərinin səmərəliliyin artırılmasına çox böyük ehtiyac var: “Çünki, artıq biz şirkətlərin maliyyə hesabatlarında görürük ki, zərərlə işləyənlərin sayı demək olar ki, dayanmadan artmaqdadır. Mənfi rəqəmlər də böyüməkdədir”.

SOCAR-a gəlincə ekspert düşünür ki, bu şirkətin təkcə neft-qaz hasilatçısı kimi deyil, eyni zamanda qeyri-neft ixracının böyük hissəsi SOCAR-ın payına düşür: “2021-ci ildə qeyri-neft ixracının 27 %-i məhz SOCAR-ın istehsal etdiyi məhsullar üzərində formalaşıb. Bu, bilavasitə SOCAR üçün yaxşı tendensiyanın başlanğıcı deməkdir. Amma bir şərtlə ki, idarəçilik prinsiplərində korporativ idarəetmə üsullarının tətbiqi yuxarı səviyyədə həyata keçirilsin. Eyni zamanda da alt strukturlarda da, yəni yerli müəssisələrdə də ən müasir texniki, texnoloji yanaşmaları, logistik fəaliyyətin səmərəliliyini, emal proseslərinin fasiləsizliyini, xam mal təchizatının fasiləsizliyini, İT texnologiyanın ən yeni formasının tətbiqini həyata keçirilsin. Bunlar olduğu təqdirdə, biz səmərəliliyi artıra bilərik. Məhz bu baxımdan da “SOCAR Downstream Management” şirkəti də məhz bu fəlsəfə və bu niyyətlə yaradılıb”.

E. Əmirov bildirib ki, 2019-cu ildə SOCAR-ın törəmə şirkətləri olan “Petkim” və STAR neft emalı zavodları bu şirkətin idarəçiliyinə verilmiş və nəticədə 2019-2021-ci ildə 100 milyon ABŞ dolları dəyərində əlavə maliyyə vəsaityi əldə edilib: “Daha sonra iki il öncə Heydər Əliyev adına Neft Emalı Zavodu bu şirkətin idarəçiliyinə verilib. Hazırda isə digər zavodlar - “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu bu şirkətin idarəçiliyinə verilərək burada yeni yanaşmaların tətbiqi səmərəliliyi artıracaq. Nəticədə vahid mərkəzdən idarəolunma bilavasitə burada səmərəliliyin artırılma ciddi şəkildə öz töhfəsini vermiş olacaq. Bu da təbii olaraq səmərəliliyin artırılması ilə xərclərin daha səmərəli istifadə olunmasıdır. Fəaliyyətin daha səmərəli təşkilidir ki, bu da əlavə maliyyə dəyərinin yaradılması deməkdir”.

E. Əmirov düşünür ki, bu yanaşma SOCAR-ın qeyri-neft ixracı üzrə potensialını ciddi şəkildə artıracaq: “Bilirik ki, SOCAR-ın fəaliyyəti daha çox neft-qaz hasilatı üzərində formalaşıb. Nəticədə ölkədə hasil edilmiş karbohidrogen ehtiyatları xam mal şəklində xaricə ixrac olunur və ölkəyə valyuta daxil olur. Amma eyni zamanda biz SOCAR-ın hasil etdiyi karbohidrogen ehtiyatlarını daha çox emal proseslərinə cəlb etməklə, daha keyfiyyətli və daha faydalı məhsullar istehsal edə bilərik. Həm də məhsulların həcmini və çeşidini artıra bilərik. Məsələn, gübrə istehsalının həcmini artırmaqla ölkədə kefiyyətli gübrə tələbatını ödəyə bilərik. Eyni zamanda, ixracın səviyyəsini də artıra bilərik.

Düşünürəm ki, emal müəssisələrin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi, təkcə səmərəliliyin artırılması, əlavə dəyərin götürülməsi formasında deyil, eyni zamanda mənasız xərcləri azaltmış olacaq: “Mövcud maliyyə vəsaitlərini qeyri-səmərəsiz, adekvat olmayan istiqamətlərə xarclənməsinin qarşısını alacaq. Burada da əsas məqsəd, səmərəliliyin artırılması, idarəçilikdə qeyri-adekvat davranıların, pul vasaitlərinin kortəbii şəkildə və idarəedici şəxslərin istəyinə uyğun dağıdılmasının qarşısnın alınmasıdır. Hər halda, STAR neft emalı zavodu və “Petkim” üzərində tətbiq edilmiş və uğurlu hesab edilən idarəçilik modellərinin, müəssisələrin bir-biri ilə geniş anlamda rabitəsinin, bura ixrac, logistika, kommunikasiya, emal məhsulları ilə xam mal təchizatı və sair kimi məsələlərdə iki şirkət arasında olan kommunikasiya və idarəçiliyin olduğu kimi Azərbaycanda sözügedən müəssisələrdə də tətbiq edilərsə, effektini iki il sonra görə biləcəyik”.

Xatırladaq ki, hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib. Bu emal müəssisələri arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu da var.

Qeyd edək ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.

Paylaş

Xəbər lenti

U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bu yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? Bu gün, 08:48 Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? Bu gün, 08:48 Tibb işçilərinin maaşına 25 faizədək əlavə: Hansı şəxslərə şamil olunacaq? Bu gün, 08:48 Xırdalanda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" Bu gün, 08:48 Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR