
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin törəməsi - "Azericard" MMC prosessinq mərkəzinə icrası məcburi göstəriş verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, ödəniş sistemlərinin sabit, davamlı və etibarlı fəaliyyətinin təşkili, habelə ödəniş xidmətlərindən istifadə edən isteklakçıların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aparılan nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması həyata keçirilir.
Yanvarın 6-da “Azericard”da baş vermiş insidentlə əlaqədar olaraq AMB-nin apardığı yoxlama və təhlillər nəticəsində şirkətin fəaliyyətində nöqsanlar müəyyən edilib və ona müvafiq çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.