31-08-2022, 15:00 500

Anar Rəfiyev: “Müharibə başlayandan sonra “Starlink” terminalları Ukraynanın qaynar nöqtələrinə çatdırılıb”

“Ukraynanın Enerji Səmərəliyi və Enerjiyə Qənaət Fondu” İctimai Birliyinin İdarə Heyətinin azərbaycanlı sədri Anar Rəfiyev müharibə başlayandan sonra Ukraynanı tərk etməyib, əksinə yüzlərlə ailənin təxliyəsində, humanitar yardımın toplanmasında, Ukraynanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlı qəhrəmanların nəşlərinin Vətənə göndərilməsində fəal iştirak edib, həmçinin Ukrayna ordusuna dəstək verib.

“Report” Anar Rəfiyevin eksklüziv müsahibəsini təqdim edir:

- Ukraynanın infrastrukturunun bərpasına kömək etmək üçün hansı planlarınız var? Bu, ölkənin hansı bölgələrinə təsir edəcək və bu məqsədlə nə qədər maliyyə vəsaiti ayrılıb?

- Müharibədən əvvəl biz dövlət vəsaiti, xarici kreditlər və qrantlar hesabına həyata keçirilən termotənzimləmə, enerjiyə qənaət layihələri ilə məşğul olurduq.

İctimai Birliyin İdarə Heyətinin azərbaycanlı sədri olaraq, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ukraynada qalmaq və müharibə dövrünün reallıqlarını nəzərə alaraq təşkilatımızın fəaliyyətini yenidən formatlaşdırmaq qərarına gəldim. Biz Rusiya qoşunlarının törətdiklərindən zərər çəkmiş şəhər və qəsəbələrə lazımi yardımı çatdıran beynəlxalq könüllülər qrupunun Humanitar Qərargahını təşkil etdik.

Tikinti, eləcə də enerjiyə qənaət məsələləri üzrə ixtisaslaşmış İctimai Birlik artıq bir müddətdir ki, öz səylərini Ukraynanın yenilənməsinə yönəldib.

Üçüncü aydır ki, "ESRI Ukraine" MMC (ABŞ-ın “Esri” şirkətinin Ukraynadakı təmsilçisi) və "Elektron Ukrayna" ictimai təşkilatı ilə əməkdaşlıq çərçivəsində dağıntıların qeydə alınması və geoinformasiya sisteminin inkişaf etdirilməsi üzrə “Ukraynanı birlikdə bərpa edək” adlı portalın tətbiqini həyata keçiririk. İctimai birlik Kiyev vilayətində və digər regionlarda hərbi əməliyyatlardan zərər çəkmiş icmalarla qarşılıqlı əlaqədə olur, dağıntıları qeydə alır və bu regionların bərpası üçün investisiyalar axtarışını həyata keçirir.

Artıq müharibədən ən çox zərər çəkmiş Buça, Makarov, İrpen, Çernihov və digər ərazilərdə yaşayan icmalar geoinformasiya portalından fəal şəkildə istifadə edirlər. Bu icmalarla GIS xidmətindən pulsuz istifadəyə dair müvafiq memorandumlar və müqavilələr imzalanıb. Zədələnmiş və ya məhv edilmiş obyektlər haqqında məlumatların daxil edilməsi üzrə işlər hər gün davam edir: bu obyektlərin əksəriyyəti artıq GIS portalının məlumat bazasına daxil edilib. Layihəyə Ukrayna Energetika Nazirliyi, Regional İnkişaf Nazirliyi qoşulub, digər dövlət qurumları ilə danışıqlar aparılır.

Portalın açıq hissəsində işlər tamamlanmaq üzrədir. Bu da ukraynalılara açıq şəkildə bərpa prosesinə nəzarət etməyə, həm ölkə səviyyəsində, həm də hər bir konkret ev və ya sosial obyekt səviyyəsində bərpa prosesində fəal iştirak etməyə imkan verəcək.

Bundan əlavə, GIS portalı öz səylərini, təcrübələrini və vəsaitlərini Ukraynanın yenilənməsi yolunda sərf etmək istəyən hər kəs - Ukrayna və xarici biznes nümayəndələri, investorlar, beynəlxalq donorlar üçün platformadır.

Təcrübəmizə əsaslanaraq, biz enerji və istiliyə qənaət sahəsində ən yaxşı dünya texnologiyaları əsasında daha təhlükəsiz, daha səmərəli və təkmilləşdirilmiş Ukrayna qurmağa çalışırıq.

Təşkilatımızda “Research and Development” (R&D) şöbəsi var. Bu şöbə innovativ texnologiyaların, o cümlədən enerjiyə qənaət üzrə texnologiyaların öyrənilməsi və tətbiqi üçün yaradılıb. Məqsədimiz Ukrayna iqtisadiyyatını idxal resurslarından, ilk növbədə Rusiyanın enerji resurslarından mümkün qədər müstəqil etməkdir.

Fəaliyyətimizin daha bir məhsulu var ki, onu geoinformasiya portalının açıq hissəsi ilə birlikdə cəmi bir neçə həftədən sonra təqdim edəcəyik. Ümid edirik ki, bu, təkcə Ukrayna ictimaiyyəti üçün deyil, həm də xarici tərəfdaşlarımız üçün maraqlı və faydalı olacaq.

- Bu və digər oxşar layihələrdə daha hansı Azərbaycan şirkətləri iştirak edir?

- “SOCAR Energy Ukraine” şirkəti ilə dostluq və tərəfdaşlıq əlaqələrimiz var. Biz birlikdə rusiyalı işğalçıların İrpen şəhərini bombalaması nəticəsində zərər çəkmiş Zərifə Əliyeva adına məktəbin bərpası ilə məşğuluq. Hazırda binaya dəymiş ziyanın vəziyyəti ilə bağlı texniki hesabat hazırlanıb, Azərbaycan səfirliyinin dəstəyi ilə bərpa işləri aparılır.

Ümid edirik ki, bu il biz təhsil ocağının fəaliyyətini bərpa edə biləcəyik.

Başqa layihələr də var.

- Ukraynada müharibə başlayandan azərbaycanlıların öz vətənlərinə qayıtmalarına da köməklik etmisiniz. Təxminən neçə nəfərə kömək etmisiniz? Bu proses davam edirmi?

- Aktiv döyüşlərin ilk günlərində Ukraynada qalmağa qərar verdim. Mən bu ölkəni sevirəm, bu ölkə mənim ikinci vətənim olub və mən ukraynalıların yanında qaldım. İnsanların müharibənin xaosunda əziyyət çəkməməsi üçün Ukrayna ərazisindəki ukraynalılara, azərbaycanlılara və digər dövlətlərin vətəndaşlarına yardım edərək borcumu yerinə yetirmək qərarına gəldim.

Azərbaycan səfirliyi ilə birlikdə bir çox azərbaycanlını, eləcə də Gürcüstan vətəndaşlarını öz vətənlərinə təxliyə etmişik. Müharibənin ilk günlərində xarici vətəndaşların daşındığı Kolomiyada bölüşdürücü mərkəz yaratdıq. Sonra könüllülərimiz onlara səfirliklərlə əlaqə saxlamaq və sərhədi keçmək kimi proseslərdə kömək edirdilər.

Təəssüf ki, kədərli missiyalarımız da olub. Azərbaycan səfirliyinin sifarişi ilə humanitar qərargahımız Ukraynanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan vətəndaşlarının nəşlərinin Vətənə yola salınması ilə məşğul olub.

İndi əhalinin təxliyəsi azalıb və humanitar qərargah diqqətini digər aktual məsələlərə yönəldib.

- Ukraynaya humanitar yardımın çatdırılması prosesi davam edir? Hansı təşkilatlar və ölkələr bununla məşğuldur?

- İctimai Birliyimiz UNİCEF-in tərəfdaşıdır, artıq 900 tona yaxın humanitar yardım çatdırmışıq. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin və “SpaceX” şirkətinin tərəfdaşı olaraq, hərbi əməliyyatlar nəticəsində ətraf ərazilərlə əlaqəsi itmiş qaynar nöqtələrə 50 “Starlink” terminalı çatdırmışıq.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR