30-01-2024, 10:32 498

Elmar Mirsalayev:

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi yeni strategiya əsasən 2024-2026-cı illərdə ölkədə sığorta sektorunun aktivlərinin 1,9 milyard manatdan potensial olaraq 3,7 milyard manata çatdırılması hədəflənir. 2027-ci ilədək sığorta bazarının penetrasiya səviyyəsi qeyri-neft ÜDM-in 2,15 %-ni (2023-cü ilin sonuna 1,85 %) təşkil edəcək.

2023-cü ildə Azərbaycanda toplanılmış sığorta haqlarının məbləği ilk dəfə 1 milyard manatı keçdi. Sığorta ödənişləri üzrə isə rekord məbləğ qeydə alındı.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev "AVESTA.AZ"a müsahibəsində bu il ölkənin sığorta bazarı üçün gözləntilər və planlaşdırılan tədbirlər barədə danışıb:

- Elmar müəllim, 2022-ci ildə ASA ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və təşəbbüs nəticəsində Türk Dünyası Sığorta Birliyi yaradıldı. Daha sonra Birliyin nizamnaməsi və “Yol Xəritəsi” hazırlandı. Hazırda Birliyin fəaliyyəti və bu istiqamətdə görülən işlər hansı mərhələdədir?

- Gələn ay Türk Dünyası Sığorta Birliyinin “Zoom” proqram təminatı vasitəsilə birgə görüşü nəzərdə tutulub. Bu görüşdə "Yol Xəritəsi"nə uyğun addımlar və onların reallaşdırılması müzakirə ediləcək. Yanvar ayında ASA Daşkənddə Özbəkistan Sığorta Birliyi ilə görüş keçirdi. Orda əməkdaşlığımız və sektorlarımızın inkişafı istiqamətində yeni imkanlar müzakirə edildi. Hətta Türk Dünyası Sığorta Birliyinin də növbəti addımlarını iki iştirakçı olaraq müzakirə etdik. Eyni zamanda vaxt cədvəli tərtib edərək “Yol Xəritəsi”nə uyğun addımları planlaşdırdıq.

- Türk Dünyası Sığorta Birliyinin işğaldan azad edilmiş ərazilərimizlə bağlı planları varmı?

- Yerli sığorta şirkətləri azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi planlayırlar. Türk Dünyası Sığorta Birliyinin isə ilk qurultayını bu il Şuşada keçirtmək istəyirik. Bununla da dünyanın diqqətini Qarabağa cəlb edəcəyik. Həmin qurultayda da yeni imkanlar müzakirə ediləcək.

- Bu il Azərbaycanın sığorta sektoru ilə bağlı gözləntiləriniz necədir?

- Son üç ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sektorunun inkişafına yönəlmiş layihəyə start verdik. Ötən ilin dekabrında bu layihəni uğurla bitirdik. Layihənin birinci ilində sığorta sektorunda 15 -16 %, ikinci ildə 18 % , üçüncü il isə 27-28 % artım əldə edildi. Bu, böyük bir göstəricidir. Bu layihənin növbəti üç ildə də davam etdirilməsi nəzərdə tutulub.

Bu ilin yanvar ayından peşəkar bazar iştirakçıları ilə birlikdə onun icrasına başlanılıb. Layihə Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığort Bürosu arasında imzalanmış birgə memorandum çərçivəsində icra olunur. Nəticədə bu il ölkənin sığorta bazarında minimum 15-16 % artım gözləyirik. Bu istiqamətdə addımlar atılacaq.

- Ötən il 27-28 % artım olduğu halda niyə bu il 15-16 %?...

- Bu, əslində zəif göstərici deyil. İlkin mərhələdə müəyyən boşluqları doldurmağa başlayanda hər zaman böyük rəqəmlər ortaya çıxır və növbəti illərdə proses davam etdikcə bir növ stabilləşmə baş verir. Bu da bizim üçün yaxşı göstəricidir. Planlarımızı düşünülmüş şəkildə icra edirik. Qeyd etdiyim 15-16 % proqnoz minimum həddir. İlin sonuna bundan da artıq rəqəmlər ola bilər.

- Bu il bazara yeni məhsulların çıxarılması gözlənilirmi?

- Sektor üçün yeni tələbat olan məhsulların hazırlanması və bazara çıxarılması birbaşa şirkətlərin maraqlı olduğu addımdır. Onlar öz müştərilərini ehtiyac olan bütün sığorta növləri ilə təmin etməyə maraqlıdır. İcbari sığorta növləri üzrə bu il yeni məhsulların hazırlanması və bazara çıxarılması düşünülmür. Amma könüllü növlərdə yeni məhsulların təklif edilməsi mümkündür. Bazarın ehtiyacı olduqda şirkətlər istənilən könüllü sığorta növünü hazırlayıb bazara çıxaracaq. ASA periodik olaraq bununla bağlı təhlillər aparır. Bazarda tələbat olduqda dərhal şirkətlər yeni məhsul təqdim edirlər.

Qeyd edək ki, ötən il Azərbaycanda 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb ki, bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % artım deməkdir. İl ərzində könüllü sığorta növlərinin hesabına 888 milyon 104,3 min manat (illik +22 %) sığorta haqqı toplanılıb. Könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 479 milyon 252,5 min manat (illik +41,9 %) olub. 12 ayda icbari sığorta növləri üzrə sığorta haqları 334 milyon 432,8 min manat (illik +37,8 %), sığorta ödənişləri isə 108 milyon 072,4 min manat (illik +13,1 %) təşkil edib.

Paylaş

Xəbər lenti

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR