
Gəncə şəhərində yaşayış binasında başvermiş yanğın zamanı tüstüdən zəhərlənən olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 1958-ci il təvəllüdlü Z.Həsənov tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib.
Daha 2 azyaşlı isə özünü yaxşı hiss etmədikləri üçün yaxınları tərəfindən xəstəxanaya aparılıblar. Hakim müayinəsindən sonra evə buraxılıblar.
Xatırladaq ki, hadisə şəhərin Ə.Nəzərov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Gəncə şəhərində 4 mərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Ə.Nəzərov küçəsində 4 mərtəbəli binadakı yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən alınıb.
Hazırda soyutma işləri aparılır.
Qeyd edək ki, mənzillərin birində başvemriş yanğın bir neçə mənzilə keçib. Binadan 20 nəfər şəxs təxliyə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.