
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış yarışı keçiriləcək.
Azərbaycan Atketika Federasiyasından "Report"a verilən məlumata görə, turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.
Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Yakutiya) atletlər güclərini sınayacaqlar.
Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.