3-02-2024, 14:48 497

Ermənistanda hakim komanda parçalanır - “Vətəndaş müqaviləsi”ndə fəhlə-kəndli üsyanı - ŞƏRH

Uzun müddətdir Ermənistanın hakim partiyası sayılan “Vətəndaş müqaviləsi”nin daxilində klan müharibəsi gedir. Baş nazir Nikol Paşinyanın əvvəllər qeyd-şərtsiz, partiyadaxili iqtisadi və sosial qüvvələri müxtəlif üsullarla möhkəmləndirən şəxsi nüfuzu indi zəifləyib. Bu gün hakim komanda daxilində müxtəlif maraqları müdafiə edən qruplaşmalar yaranıb. Hakimiyyətə gələndə evsiz-eşiksiz, pulsuz-parasız olan bir sıra üzvlərin qısa zaman ərzində var-dövlət, İrəvanın ən bahalı rayonunda mənzillərə, villalara sahib olmaları artıq daxili narazılığın sürətlənməsinə rəvac verib. Hakimiyyətdə təmsil olunan partiya elitasının milyonlara sahib olması yüzlərlə tərəfdarın ciddi narazılığına səbəb olub. Narazı təbəqə artıq hakim qruplaşmanın aşağı təbəqənin vəziyyəti ilə maraqlanmadığını bildirib. Ardıcıl gələn şikayətlər isə baş nazir Nikol Paşinyanı ciddi şəkildə narahat etməyə başlayıb. Təsadüfi deyil ki, bir ay öncə keçirilən iclasda partiya sıralarına yeni üzvlərin cəlb edilməsinin vacibliyindən danışan Nikol bu narazılıqların gələcəkdə ciddi problemə səbəb olacağından ehtiyat etməyə başlayıb. Eyni zamanda erməni siyasi kulislərində bu yaxınlarda yeni partiyaların yaradılması barədə dolaşan söz-söhbət də bu narazılığı artırıb. Baş nazir açıqlama verərək heç kəsə himayədarlıq etmədiyini, heç kəsə rüşvət və korrupsiya ilə pul qazanmağa icazə vermədiyini bildirib. O, toplanan məlumatları hüquq-mühafizə orqanlarına çatdıracağına və təqsirkarların cəzalandırılacağına söz verib.

Son iki gündə İrəvanda baş verən hadisələr isə artıq N.Paşinyan tərəfindən düyməyə basıldığından xəbər verir və partiya üzvləri ilə bağlı qalmaqallı xəbərlər ortaya çıxır. Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyində əməliyyat keçirib. Əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb və onların arasında nazir müavini Ani İspiryan, Dövlət İnvestisiyaları Siyasəti Departamentinin rəisi Lili Sirakanyan da var. Sözügedən şəxslərin ofis və evlərində axtarış aparılıb.

Eyni gündə “Mülki müqavilə”nin deputatı Qaqik Melkonyanın oğlu Arman Melkonyan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Partiyada kifayət qədər nüfuzu olan Qaqik eyni zamanda Paşinyanın ruporu da sayılır. Amma, görünür, işə düşən cəza maşını Melkonyan ailəsindən də yan keçməyib.

Paralel olaraq isə İrəvan şəhərinin meri Tiqran Avinyan üç müavini ilə birlikdə partiyanın qapalı iclasına dəvət edilib. 3 saat davam edən dindirilmə zamanı Avinyan partiyadaşlarının suallarını cavablandırıb. Əsas diqqət tenderlərə, maliyyə böhranına və artan cərimələrə yönəldilib.

İşin maraqlı tərəfi odur ki, son baş verən hadisələr Ermənistan parlamentinin sədri Alen Simonyanın ətrafındakı çevrənin də daralmasından xəbər verir. Simonyan və onunla əlaqəli olan şəxslərə qarşı yeni hüquqi və dövlət təzyiqlərinə start verilib. Alenin qardaşı arvadı Ermənistanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ani Gevorqyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

2018-ci ildə “Vətəndaş müqaviləsi”nin hakim partiyaya çevrilməsi ilə Alen Simonyan qardaşı və dostları vasitəsilə biznes imperiyası qurub. Məsələn, onun qardaşı Karlen Simonyan “Avroasfalt” və “Avroasfalt-1” şirkətlərinin sahibidir. Ermənistanda keçirilən əksər tenderlərin qalibi olan bu şirkət qısa müddət ərzində bir sıra dövlət sifarişini həyata keçirmək hüququ əldə edib. Təbii ki, bu işdə parlament sədrinin rolu danılmazdır. Təsadüfi deyil ki, tenderlərdə iştirak edən və “Avroasfalt”a məğlub olan şirkətlər rəqabət tendensiyasının pozulmasından, diskriminasiyadan və təzyiqlərdən kifayət qədər şikayət ediblər. Elə bu səbəbdən də 2021-ci ildə sözügedən şirkətlərdə araşdırma aparılıb. Amma nəticə əldə edilməyib. Parlamentdən İstintaq Komitəsinə uzanan sehrli əl işi bağlayıb.

Digər bir misal. “Arqavand kauyk” MMC 2018-ci ilə qədər dövlətlə cəmi 3 müqavilə işləmişdisə, 2018-ci ildən sonra bu müqavilələrin sayı qəflətən 150-yə çatıb. Məlum olub ki, Alen Simonyan yaxın dostu olan Vahan Naribekyana bu məsələdə kömək edib. Vahan şirkətin sahibi olmaqla yanaşı, Milli Assambleyanın aparat rəhbəridir və bütün dövlət müəssisələrinin mebellə təchiz edilməsi işinə baxır.

Yuxarıda sadalananlardan məlum olur ki, cəmi 5 il ərzində Alen Simonyan qardaşı və dostları vasitəsilə ciddi biznes imperiyası qurmağa nail olub. Onların qurduqları şirkətlər əsasən dövlət tenderlərinin qalibi olur, milyonlarla dollar vəsaiti büdcələrinə köçürürlər. Bu vəziyətin daimi hal alması “Vətəndaş müqaviləsi”ndə ciddi narazılıqlar yaradıb. Çünki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün və ətrafındakıların rifahını təmin etmək üçün dövlət rıçaqlarından istifadə edən spiker uzun müddətdir özünü xüsusi imtiyazlı şəxs kimi aparır və icazə verilən həddi ciddi şəkildə aşıb. Bu isə partiyadaşları arasında böyük narazılıq dalğasına səbəb olub. Son zamanlar isə Karlenlə yanaşı, arvadının da şirkəti iştirak etdikləri bütün dövlət tenderlərində qalib olublar. Alenə qarşı cəzasızlıq mühiti partiyada ciddi qəzəbə səbəb olub və bu barədə Paşinyana etirazlar da bildirilib. Əvvəlcə sükutunu qoruyan baş nazir etirazlar qarşısında tab gətirməyək sanksiyalar üçün yaşıl işıq yandırıb. Ani Gevorqyanın saxlanılması və sonradan həbs edilməsi spikerin komanda daxilində dəstəksiz qalmasından xəbər verir. Çünki Ermənistanda bu tip hadisələr baş verəndə partiyanın elitası və rıçaqları işə düşür, məsələni ört-basdır etməyə çalışır. Məhkəmə isə Aninin həbsi ilə bağlı hökm çıxarıb. Gevorqyan uzun illər İT sektorunun ən məşhur şirkətlərindən biri olan “Synergy”də çalışıb və layihələrin direktoru olub. Təxminən il yarım əvvəl sözügedən şirkət İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderdə iştirak edib. Sonradan tender ləğv edilsə də, hansısa sehri əl vasitəsilə bütün layihələr “Synergy”yə ötürüldü. Sənədlər isə Karlenin arvadı Ani tərəfindən hazırlanıb. Sonradan isə şirkətin təsisçi direktoru Aşot Ovannisyan da saxlanılıb. O, “Vitse Miss Europe-2005”in qalibi olmuş teleaparıcı Lusine Tovmasyanın qayınatasıdır. Bu şəxsin ABŞ vətəndaşlığı da olduğu üçün qısa müddət ərzində sərbəst buraxılacağı ehtimal edilir. “Synergy”nin saxlanılan digər əməkdaşlarından ikisi isə ev dustaqlığına buraxılıb. Nədənsə Alen Simonyanın qardaşı arvadı haqqında məhkəmə tələm-tələsik həbs qərarı verib.

Hadisələrin gedişatı bir daha sübut edir ki, Paşinyanla Simonyanın maraqları haradasa toqquşub. Eyni zamanda qeyd etmək lazımdır ki, baş nazir guya qanunla bağlı ciddi problem yarananda komanda yoldaşlarına belə aman vermədiyini cəmiyyətə göstərmək üçün bu şouya əl atıb. Bu şouda isə əziyyət çəkən “günah keçiləri” olur. Bu dəfə “günah keçisi” Simonyan ailəsidir. Bəzi mütəxəssislərin fikrinə görə, “Synergy” şirkətinin yüksək texnologiyalar sahəsində sui-istifadə halları çoxdan məlumdur və bu səs-küy artıq Ermənistan hüdudlarından da kənara çıxıb. Belə hal isə Paşinyanın özünə də zərbə vurub. Odur ki, baş nazir məsələ ilə bağlı ciddi seçim qarşısında qaldığı üçün həbs rıçaqından istifadə edib.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR