
Böyük Britaniya ordusu kadr çatışmazlığı və qoşunların saxlanılmasında çətinliklər səbəbindən genişmiqyaslı və uzunmüddətli müharibəyə hazır deyil.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti yanında Müdafiə Komitəsinin hesabatında deyilir.
"Hökumət hərbi sənaye bazasını islahatları sürətləndirmədən saxlaya və yüksəkintensivlikli döyüş hazırlığının istənilən səviyyəsinə nail ola bilməyəcək”, - hesabatda bildirilir.
Bundan əlavə, hesabat müəllifləri uzunmüddətli müharibəyə hazırlığın lazımi səviyyədə aparılmadığı qənaətinə gəliblər.
"Belə olan təqdirdə silahlı qüvvələri daha çox insanın tərk etməsi təəccüblü deyil", - hesabat müəllifləri deyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.