6-02-2024, 16:34 531

Fransa tarixinin ən korrupsioner hakimiyyəti - Makron dələduzları himayə edir - ŞƏRH

Ölkədaxili etirazlar, korrupsiya ittihamları, xarici siyasətdə uğursuzluqlar Fransa gündəmini zəbt edib. Faktiki olaraq hər ay, hər həftə, hər gün Emmanuel Makronun idarə etdiyi ölkədə qalmaqal, etiraz aksiyaları, mitinqlər keçirilir. Nəticədə hazırkı hökumət ölkə tarixinə ən korrupsioner, yarıtmaz hakimiyyət kimi düşmək "şansı" qazanıb.

Media və siyasi dairələrdə rüşvət, korrupsiya və maxinasiyalar Makron hakimiyyətini xarakterizə edən əsas cəhətlər kimi vurğulanır. İrimiqyaslı maliyyə maxinasiyaları, korrupsiya piramidasının başında isə birbaşa prezidentin durduğu təsdiqlənir. Belə ki, Fransa lideri daha bir radikal addımla qalmaqalın mərkəzinə düşüb. Yerli mediada yer alan xəbərlərə görə, o, adı korrupsiya qalmaqallarında çəkilən 72 yaşı Fransua Bayru barəsində məhkəmədə bəraət qərarı çıxarılmasına nail olub. Bu qərar Bayrunun bu həftə yenidən hökumətin tərkibində təmsil olunmasına da səbəb ola bilər.

Məlumat üçün bildirək ki, Bayru MoDem mərkəzçi partiyanın rəhbəri olaraq Makronla bir koalisiyada təmsil olunur, koalisiya 557 nəfərlik parlamentdə 51 yerə malikdir.

Yeri gəlmişkən, üç dəfə prezident seçkilərində namizəd olan Bayru 2027-ci il prezident seçkilərində Makronun potensial varisləri sırasında göstərilir. Məhz bu şəxs 2017-ci ildə Makronun hakimiyyətə gəlməsində əvəzsiz rol oynayıb, ali posta namizədliyini geri çəkib. Makronun prezidentliyinin birinci ilində isə ədliyyə naziri vəzifəsindən imtina edib. O zaman Bayru Avropa Parlamentinin vasitələrindən sui-istifadə etməkdə ittiham olunmuşdu. Emmanuel Makron da indi korrupsioner Bayrunu dəstəkləməklə imicinə növbəti zərbə vurmuş olub. Məsələ ondadır ki, adıçəkilən şəxs adı çirkli əməllərdə hallanan ilk adam deyil. Dəfələrlə Makron komandasında təmsil olunan şəxslərin maliyyə fırıldaqları, korrupsiya əməlləri barədə xəbərlər mediada yayılıb.

Ümumiyyətlə isə Makronun özülü korrupsiya və rüşvət üzərində qurulub. Onun 2017-ci ildə seçki kampaniyası zamanı yaşadığı qalmaqalı yada salaq. Seçki kampaniyasında maliyyə saxtakarlığına yol verildiyini Fransa mətbuatı da yazmışdı. Hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, Makron seçki kampaniyası üçün ABŞ-nin "McKinsey" konsaltinq şirkətindən qeyri-qanuni maliyyə alıb. Əvvəlcə iş adamlarının çirkli pulların yuyulması və vergidən yayınması ilə bağlı istintaq başladılıb. Və sonra məlum oldu ki, şirkətlə Makron arasında çox yaxın münasibət var. Əvvəllər bir sıra nəşrlərdə "McKinsey"in Amerika kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu barədə məlumatlar dərc olunub. Bundan əlavə, Makron prezident olanda ştatlardan olan iş adamlarının aldıqları son dərəcə sərfəli hökumət müqavilələri böyük suallar doğurur. Şirkət nümayəndələrinin əvvəlcə Makronun partiyasında, sonra isə hökumətində vəzifələr tutması da diqqət çəkir.

Yeri gəlmişkən, Makronun korrupsiya qalmaqallarında erməni lobbisi ilə işbirliyi də keçir. Fransa prezidentinin Amerikanın “Uber” şirkəti arasında gizli razılaşmasını yada salaq. Bu barədə məlumatları Fransa parlamentinin komissiyasının hesabatında da tapmaq olar. Məlumatda qeyd olunur ki, "Uber" Fransa hökumətində ən yüksək səviyyələrdə müttəfiqlər tapıb. Bildirilib ki, bu, Makronla onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, lakin imtiyazlı münasibətlərin göstəricisidir. Məlumata görə, şirkətlə əməkdaşlıq barədə qərarlar dövlət səviyyəsində şəxsi maraqlar əsasında qəbul edilib. E.Makronun Fransanın iqtisadiyyat naziri olarkən “Uber” ilə bağladığı gizli sövdələşmə sayəsində şirkət sürücülərinin təlim saatlarını 250-dən 7-yə necə azaltdığına dair bir hissə də var. Qeyd edək ki, Uber ABŞ-də dünyaca məşhur taksi şirkətidir.

Bu xəbər Fransa prezidentinin əməllərini ifşa edən çox ciddi ittiham idi. Fransa lideri Makronun keçmişi ilə bağlı ortaya çıxan bu faktlar onun əsl simasını, korrupsiya və rüşvətxorluğa meylini, pul müqabilində siyasi və iqtisadi sövdələşmələr etdiyinin göstəricisi hesab edilə bilər. Onun “Uber” ilə sövdələşməsi faktı yəqin ki, yeganə belə hal deyil. Bu baxımdan, Makron və komandasının, ailə üzvlərinin və kabinetinə yaxın şəxslərin rüşvət və korrupsiya faktları ilə bağlı yeni faktların ortaya çıxacağı gözlənilir. Yəni hər an belə hallarla rastlaşmaq olar. Məsələn, hər an Fransa prezidenti və komandasının erməni lobbisi ilə maxinasiyaları, onlardan aldığı maliyyələr barədə məlumat yayıla bilər. Sözsüz ki, Makron və komandasının erməni sevgisinin arxasında maliyyə, pul dayanır. Əks halda, Yelisey sarayında oturanlar “ermənidən artıq erməni olmağa” çalışmazdılar.

Beləliklə, bir daha aydın olur ki, Fransa dövlətinin hər zaman bayraq kimi dalğalandırdığı “demokratiya”, “azad rəqabət mühiti”, “azad bazar iqtisadiyyatı” və digər ideyalar sadəcə boş sözlər və şüarlardır, əməldə heç nə yoxdur. Qeyd olunan faktlar da özünü demokratiyanın beşiyi hesab edən böyük dövlətin başçısı üçün sadəcə ayıbdır. Onsuz da Makronun siyasəti və Fransada baş verən son hadisələr - fermerlərin həyatı iflic etməsi fransızların böyük narazılığına səbəb olub. Makron da çıxıb əməlləri ilə bağlı açıqlama verməlidir. Lakin görünən də odur ki, o, bu addımı atmağa tələsmir, cəzasızlıq onu yeni-yeni qalmaqallara sürükləyir.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR