6-02-2024, 23:03 548

Yevlaxda avtomobil qəzasında ölən gəncin Vətən müharibəsi iştirakçısı olduğu aydınlaşıb 

Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu aydınlaşıb.

“AVESTA.AZ” xəbər verir ki, Tunar Habil oğlu Məmmədov fevral ayının 4-də avtomobil qəzasında həlak olub.

Həmin gün axşam onun idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili Yevlax rayonunun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib.

T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb.

T.Məmmədovun üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək.

Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb.

O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub.

1970-ci ilin sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan A.Məmmədov 1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub.
Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. 1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Prezident İlham Əliyevin 2023-cü ilin noyabr ayının 17-də imzaladığı sərəncamlara əsasən, Ə.Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR