
Livanlı hakim Navaf Salam üç il müddətinə Beynəlxalq Ədalət Məhkəməsinin yeni prezidenti vəzifəsinə seçilib
“AVESTA.AZ” xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti .
O bu vəzifədə amerikalı Coan Donohyunu əvəz edib. Uqandadan olan hakim Julia Sebutinde isə Beynəlxalq Məhkəmənin vitse-prezidenti .
Beynəlxalq Ədalət Məhkəməsinə qoşulmazdan əvvəl Salam 2007-ci ilin iyulundan 2017-ci ilin dekabrına qədər Livanın BMT-dəki daimi nümayəndəsi olub. O, 2012-2013-cü illərdə BMT Baş Assambleyasının vitse-prezidenti, 2013-cü ilin iyulunda isə Baş Assambleyanın Prezidenti vəzifəsini icra edib.
Sebutinde isə 2012-ci ildən Beynəlxalq Ədalət Məhkəməsində işləyir. 2005-2011-ci illərdə o, Sierra-Leone üzrə Xüsusi Məhkəmənin hakimi olub. Bu məhkəmə orqanı Sierra-Leone hökuməti və BMT tərəfindən 1996-cı il vətəndaş müharibəsi zamanı cinayət törətmiş hərbi cinayətkarları mühakimə etmək üçün yaradılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.