8-02-2024, 00:28 495

Böyük Azərbaycan Partiyası: “İlham Əliyevə fəaliyyətində uğurlar arzulayırıq”

İlham Əliyevə fəaliyyətində uğurlar arzulayırıq.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının prezident seçkiləri ilə bağlı bəyanatında qeyd edilib.

Bəyanatda deyilir:

"Prezident seçkilərinə ölkə üçün taleyüklü məsələ, partiyanın güclənməsi və təcrübə qazanması üçün yeni sınaq kimi yanaşan Böyük Azərbaycan Partiyası bu seçkilərdə təkcə müşahidəçi qalmaq istəmədi və öz namizədi ilə birbaşa iştirak qərarı verdi. Partiyanın vahid namizədi, Partiyanın sədri Elşad Musayevin namizədliyi təsdiq ediləndən dərhal sonra ölkənin 60-dan çox seçki dairəsində üzvlərimizin və tərəfdarlarımızın köməyilə ilə namizəd üçün imza toplanmasına başlanıldı və uğurla, maneəsiz başa çatdırıldı.

Aktiv seçki kampaniyasının başlanmasından sonra ölkənin bir çox şəhər və rayonunda Prezidentliyə namizəd Elşad Musayevin iştirakı ilə seçicilərlə görüşlər keçirildi. Bütün görüşlərdə E.Musayevin seçki platforması seçicilərə çatdırıldı, onları narahat edən məsələlər yerindəcə öyrənildi. Bütün bu görüşlərdə qeydə alınan vətəndaş müraciətləri namizədin televiziya, radio, qəzet və saytlar, sosial şəbəkələr vasitəsilə çıxışlarında ictimailəşdirildi. Hətta vətəndaş narahatlıqlarının bir çoxu elə seçki kampaniyası zamanı öz həllini tapdı. Aparılan təbliğat işinin nəticəsində həm yeni tərəfdarlar qazanıldı, həm də partiyaya üzvlük üçün müraciət edən vətəndaşlarımızın sayı artdı.

Seçki günü ölkənin bütün seçki məntəqələrində və dairələrində müşahidəçilərimiz əvvəldən sona qədər seçkini müşahidə etdilər və Seçki qərargahını müşahidə edilən səsəvermə prosesi ilə bağlı məlumatlandırdılar. Prezidentliyə namizəd Elşad Musayevin birbaşa görüşlər keçirdiyi şəhər və rayonlarda seçicilərimizin aktivliyi nəzərəçarpaq qədər böyük olmuşdur”.

“Müşahidəçilərin verdiyi məlumatlara əsasən bildirik ki, seçki prosesi heç bir kənar müdaxilə olmadan keçirildi və seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinmədi. Seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə aparılan müşahidələr də səsvermə prosesinin rəvan və təhlükəsiz şəraitdə baş tutduğunu göstərdi. Səsvermə günü seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədi, seçici fəallığının əhəmiyyətli dərəcədə olması xüsusi diqqət çəkdi və səsvermə, səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etdiyinin təsdiqi oldu.

Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra keçirilən bu seçkilərdə xalq yenidən öz qalib lideri olan İlham Əliyevə böyük etimad göstərdi. Seçkilərin ilkin nəticələrini legitim hesab edir və qələbə münasibətilə İlham Əliyevi səmimi qəlbdən təbrik edirik, ona çətin fəaliyyətində uğurlar arzulayırıq", - bəyanatda qeyd olunub.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR