9-02-2024, 19:58 818

“Jerusalem Post”: “Azərbaycan kimi antisemitizm tarixi olmayan ölkələrə ehtiramımızı bildirməliyik”

“Biz Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə heyranlığımızı və ehtiramımızı bildirməliyik”.

"Report" xəbər verir ki, bu fikirləri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusununun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“Xaricdə antisemitizmə göz yummayın!” sərlövhəli məqalədə antisemit xarakterli zorakılıq hadisələrinin 46%-nin ABŞ-da, sonra Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya və digər ölkələrdə baş verdiyi, İsrailin Diaspor İşləri Nazirliyinin müvafiq hesabatına istinadən 2023-cü ildə dünyada bi qəbildən olan hadisələrin sayının əvvəlki il ilə müqayisədə 235% artığı diqqətə çatdırlıb.

Məsələ ilə əlaqədar Ermənistanı xüsusi vuğulayan müəllif qeyd edib ki, cərəyan edən hadisələrin fonunda bir qrup erməni gənci İkinci Dünya müharibəsi zamanı etnik erməniləri nasist kəşfiyyat xidmətlərinə cəlb edən və Hitler rejimi ilə əməkdaşlıq edən Qaregin Njdenin şərəfinə İrəvanda ucaldılmış abidəni ziyarət edərək faşist şüarlar səsləndirib. Bu hadisə Ermənistandakı yeganə sinaqoqu yanğına məruz qoyma hərəkətlərindən sonra baş verib. Belə ki, 7 oktyabr qırğınından sonra HƏMAS və “Hizbullah”ı dəstəkləyən erməni terror təşkilatı ASALA son iki yanğının arxasında dayandığını etraf etməklə yanaşı, bütün dünyada ravvinlərə və israillilərə hücum edəcəyi ilə hədələyib.

İsrailli professor yazısında tanınmış erməni politoloq Vladimir Poqosyana da istinad edib: “Yəhudilərin yaşamaq hüququ yoxdur, bu çaqqallar tamamilə məhv edilməlidir. Mən bunu bütün həyatını kəşfiyyata sərf etmiş, sizin MOSSAD səviyyəsində və hətta daha yüksək səviyyədə əməliyyatlar aparmış biri kimi deyirəm. İsrailin bəxti gətirib ki, mən nə HƏMAS-a, nə də “Hizbullah”a kömək etmişəm. Əgər mənim zəkam HƏMAS və ya “Hizbullah” üçün işləsəydi, bu iş, sadəcə, 1000 adamın oldürülməsi ilə bitməzdi. Mən sizin bütün xalqınızı məhv etməyi ən yüksək ədalət aktı hesab edirəm”.

İsrail xalqını daxildə müharibə edərkən xaricdə baş verən antisemitizm təzahürlərinə göz yummamağa çağıran müəllif yəhudi diasporunu yerli yəhudi icmalarını qorumaq üçün ABŞ, Fransa, Böyük Britaniya, Ermənistan və antisemitizm səviyyəsi yüksək olan digər ölkələrə siyasi təzyiq göstərməyə səsləyib. Məqalənin sonunda israilli politoloq yəhudi xalqının Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə öz heyranlığını və ehtiramını bildirməsinin vacibliyini xatırladıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-784862

Paylaş

Xəbər lenti

Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR