11-02-2024, 15:50 455

Xıdır Nəbi mərasimi Naxçıvan MR-in şəhər və kəndlərində xüsusi qeyd olunur

Xalqımızın qədim mədəniyyəti ilə bağlı qədim mifoloji görüşlərlə zəngin olan mərasimlərdən biri də Xıdır Nəbidir ki, mərasim Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində xüsusi olaraq qeyd edilir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “AVESTA.AZ”un yerli bürosuna bu mərasimin rituallarından danışıb.

A.Cəfərova qeyd edib ki, Xıdır Nəbi mərasimi Kiçik Çillənin ilk onuncu günü qeyd olunur:

"Xalq yaddaşında mövcud olan inanca görə, Xıdır Nəbidən üç gün əvvəl, üç gün də sonra yel əsər. Bu yel Xıdır yeli adlanar. Və bu yel güclü olar. Yel əsməyə başlayanda hər tərəf toz-torpağa bürünər. Xalq söyləmələrinə görə, bu toz-torpaq Xıdırın əfsanəvi atının təpiyindən qopan tozdur. Xıdır öz gəlişini belə bildirər. Üç gün sonra əsən yel Xıdırın getdiyini bildirər. Yenə hər tərəf toza, dumana bürünər. Aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən Xıdır, xalq inancına görə, özü yaşıl geyimli, atı isə boz rəngdədir".

O bildirib ki, Xıdır Nəbi mərasimində ən çox sevilən nemət qovurğadır:

"Əgər əvvəllər təkcə buğda qovrulardısa, hazırda başqa dənli bitkilər də əlavə olunaraq qovrulur. Xıdır Nəbi mərasiminin simvolik yeməyi kimi undan və şərbətdən hazırlanan qovud istilik yaradan yeməkdir. Həm də ona görə hazırlanır ki, soyuq, sərt keçən çillə bu istilikdən “qorxsun”. Bu da insanların “ərköyün və ziyankar” Kiçik Çillənin onlara, təsərrüfata vuracağı ziyanın qarşısını almaq istəyini ifadə edir".

Ümumiyyətlə, xalq mərasimlərində daha aktiv fəaliyyət göstərən qadınlar Xıdır Nəbinin icrasında da böyük aktivlik nümayiş etdirirlər. Mərasimin əsas diqqətçəkən “tələblərindən” biri də evlərdə təmizlik işlərinin icarsıdır. Və mərasimin xoş keçməsi, ilin bərəkətli, xeyirli olmasını arzulayan qadınlar evlərdə təmizlik işləri aparırlar. İnanca görə, insanlar üçün Tanrıdan bolluq diləyən Xıdır obrazı təmiz olan evdə çox qalar. Həm də həmin mərasim dönəmində insanlar bir-biri ilə mehriban münasibətdə olmalıdır.

Naxçıvan MR ərazilərindən topladığımız inanc nümunələrinə əsasən, Xıdır Nəbi mərasiminin fevral ayının 10-na qədər mövcud olan ilk cümə axşamında qeyd olunmağı məqbul sayılır. Bu da dini faktorların xalq mərasimlərinə, mərasim yaddaşına təsirinin nəticəsidir.

Xalqımızın mövsüm və məişət mərasimlərinin əsas mahiyyəti əxlaqi dəyərlərin qorunması və gələcəyə ötürülməsidir. Ümumtürk dəyərlərinin daşıyıcı olan bütün mədəni faktorlarımız qədim türk mədəniyyətinin dərinliklərini, o cümlədən mifoloji, fəlsəfi dünyagörüşünə aid olan məqamların təbliği və qorunmasıdır. Odur ki, bu mərasimlərimizin icrası kökü qədimlərdən qaynaqlanan mədəniyyət tarixmizə hörmət və ehtiramı da ifadə etmiş olur.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR