Qadın həndbolçular arasında Azərbaycan çempionatında X tura yekun vurulub.
“AVESTA.AZ”un məlumatına görə, son gündə bir oyun keçirilib.
2-3-cü yerlərdə qərarlaşan “Azəryol” və “Kür” komandaları ikincilərin meydançasında üz-üzə gəliblər. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma meydan sahiblərinin 29:23 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qalibiyyət sayəsində “Kür” “Azəryol”la xalların sayını (15) bərabərləşdirərək, ikinci pilləyə yüksəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.