
Azərbaycan Mərkəzi Bankında (AMB) innovativ ödəniş ekosisteminin formalaşdırılması müzakirə edilib.
"Report" xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"AMB-də "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüşümüz oldu. Görüşdə qlobal iqtisadi meyillər, xüsusən inflyasiya prosesləri, ölkədaxili makro iqtisadi vəziyyət və monetar şərait, habelə tədiyə balansı, valyuta bazarında gedən proseslərə dair təqdimat keçirildi. Ötən il üzrə fintex ekosistemində təmsil olunan təşkilatların fəaliyyətinin nəticələri, innovativ ödəniş ekosisteminin formalaşdırılması, nağdsız ödənişin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı", - deyə o qeyd edib.
Mərkəzi Bankda () Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüşümüz oldu.
— Taleh Kazimov (@TalehKazimov_T)
Görüşdə qlobal iqtisadi meyillər, xüsusən prosesləri, ölkədaxili vəziyyət və monetar şərait, habelə tədiyə balansı, bazarında gedən…
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.