
Çinin Qazaxıstan və Qırğızıstan sərhədləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii hadisənin episentri Çinin Aksu yaşayış məntəqəsindən 137 km cənub-qərbdə və Almatıdan 272 km cənub-şərqdə, zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.