
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.
“Report”un məlumatına görə, Tahir Baxşıyevin kollektivi Avropa zonası üzrə I seçmə mərhələdə Kosovonu qəbul edəcək.
İlk görüşdə səfərdə İsveçrəyə (53:72) məğlub olan yığma doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.
DÇ-2027, Avropa zonası üzrə I seçmə mərhələ
A qrupu, II tur
25 fevral
14:00. Azərbaycan – Kosovo
“Sərhədçi” Olimpiya İdman Mərkəzi
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.