26-02-2024, 15:59 499

Yeni qanun layihəsinin qəbulu bələdiyyələrin fəaliyyətinin yüksəldilməsinə təkan verəcək - RƏY

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev parlamentə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyini bildirib.

Deputat “AVESTA.AZ”a açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələr maliyyə bazası olmayan yerli idarəetmə orqanları kimi özlərini doğrultmurlar.

Onun sözlərinə görə, kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır: "Bir çoxları deyir ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bu günümüz üçün vacib olan demokratik təsisatdır. Ancaq onların fəaliyyəti yüksəldilməlidir”.

Milli Məclisin üzvü əlavə edib ki, bələdiyyələrə daha səriştəli, bilikli, bu sahədə bacarığı, təcrübəsi olan insanlar gəlməlidir: “Bu günədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib. Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. Ancaq hələ də onların sayı çoxdur. Əhalisi Azərbaycan qədər olan bir sıra ölkələr var ki, orda 250-300 bələdiyyə fəaliyyət göstərir. Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmir və insanlarla münasibət qurmağı bacarmırsa, onun fəaliyyəti heç kimə lazım deyil. Ona görə də hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. Əlbəttə, bu prosesin baş verməsi seçkilərin daha şəffaf, demokratik, mütəşəkkil keçirilməsinə imkan verəcək”.

T.Rzayev vurğulayıb ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsi bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcək: “Bəzən bu proses bələdiyyələrə etimadsızlığın bir nəticəsi kimi qiymətləndirilir, lakin belə deyil. Belə ki, bir çox xarici ölkələrdə bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. Həmin ölkələrdə də bundan əvvəl kiçik bələdiyyələr olub, lakin sonradan birləşdirilərək böyük bələdiyyələr, assosasiyalar, regional bələdiyyələr kimi formalaşdırılıb və qənaətbəxş nəticələr əldə olunub. Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.

Paylaş

Xəbər lenti

Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Bu gün, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Bu gün, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Bu gün, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Bu gün, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Bu gün, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Bu gün, 18:48 İranda COVID-19-a yoluxma artır Bu gün, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Bu gün, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Bu gün, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Bu gün, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Bu gün, 16:48 Azərbaycanlı professor vəfat edib Bu gün, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Bu gün, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Bu gün, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Bu gün, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Bu gün, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Bu gün, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Bu gün, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Bu gün, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Bu gün, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Bu gün, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Bu gün, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR