27-02-2024, 16:29 545

Aİ-nin “missiyası” ermənilərin hədəfində - eyş-işrətdən başları açılmır - ŞƏRH

Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı Qərbin total hücum kampaniyasında Avropa İttifaqı (Aİ) öncüllərdəndir. Təşkilatın Ermənistanda yerləşdirdiyi bədnam “mülki missiya”sı bu prosesdə xüsusi rol oynayır. Missiya birtərəfli qaydada İrəvanı qoruyur, ermənilərin Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara susur, əvəzində Bakını günahlandırmağa cəhd göstərir, faktları təhrif edir, reallığa uyğun olmayan bəyanatlar verir. Maraqlıdır ki, Fransanın diktəsi ilə birtərəfli qaydada Ermənistanı dəstəkləyən missiyadan artıq ermənilərin özləri də narazıdır, bununla bağlı tənqidlərini açıq şəkildə dilə gətirirlər. Tənqidlər hansısa xarici və yaxud Rusiya mediasında deyil, elə erməni mətbuatında geniş yayılır. Ekspert və politoloqlar səviyyəsində bu ittihamların sayının artdığı müşahidə olunur. Xüsusən də, Azərbaycan-Ermənistan şərti sərhədində ermənilərin törətdiyi təxribat və Bakının buna qarşı layiqli cavab aksiyasından sonra bu məsələ daha da aktuallaşıb. Erməni politoloq Hayk Nahapetyanın səsləndirdiyi ittihamlar da buna bariz nümunədir. O, yalnız Avropa İttifaqı missiyasını deyil, Ermənistan rəhbərliyini də tənqid edib. Siyasi icmalçı baş nazir Nikol Paşinyan hökumətində təmsil olunan yüksək rütbəli rəsmiləri yalan danışmaqda günahlandırıb.

H.Nahapetyan “Ermənistanın səsi” radiosuna müsahibəsində konkret olaraq ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı yalançı adlandırıb. TŞ katibinin Zəngəzurun Nerkin And kəndi yaxınlığında baş vermiş son silahlı insidentin Aİ sayəsində qarşısının alındığı bəyanatını şərh edib. Qeyd edək ki, A.Qriqoryan “Rusiya hərbçiləri insidentin qarşısını ala bilməyib” demişdi. Onun sözlərinə görə, avropalı müşahidəçilərin bu əraziyə çıxışı yoxdur, yalnız Rusiyanın çıxışı var, çünki orada olan Moskvanın hərbçiləridir.

“Armen Qriqoryan yalan danışır. Nə Nikol Paşinyan, nə də onun hökumətinin üzvləri yalana görə hüquqi, cinayət, mənəvi və ya inzibati məsuliyyət daşıyırlar. Bu səbəbdən də dezinformasiya yaya bilərlər. İnsanları manipulyasiya etmək üçün yalan alətə çevrilib və indi daha çox yayılıb”, - siyasi icmalçı bildirib.

Yeri gəlmişkən, H.Nahapetyan ölkənin nüfuzlu ekspertlərindən biri sayılır və Rusiyaya yaxınlığı ilə seçilir. Bu səbəbdən də onun Aİ missiyasını tənqid hədəfinə çevirməsi adi siyasi şərh sayıla bilməz. Digər bir səbəb də o ola bilər ki, ermənilər son sərhəd insidentləri zamanı Aİ missiyasının susqunluğundan narazıdır, avropalıların tutduğu mövqe erməniləri özündən çıxarıb. H.Nahapetyanın sözlərinə görə, bir ildən artıqdır ki, Ermənistanda olan Aİ missiyası gərginliyi azaltmaq üçün heç bir addım atmır: “Eyni zamanda, sərhəddə son hadisə zamanı Aİ müşahidəçilərinin niyə regional və ya paytaxt mehmanxanalarında və restoranlarda olduqları aydın deyil”.

Müşahidəçilər missiyasının rəhbəri Markus Ritter də politoloqun sərt tənqidlərindən kənarda qalmayıb. Onun “bu günə qədər missiya sərhədyanı rayonlarda sülh və təhlükəsizliyə töhfə verən 1720 patrul xidməti həyata keçirib” sözlərini şərh edən Nahapetyan qeyd edib: “Daha bir yalan. Armen Qriqoryan da eyni yalanları rəsmi səviyyədə təkrarlayır. Gəlin özümüzə sual verək: hadisə niyə Narkin And kəndi yaxınlığında baş verdi? Çünki oradakı yüksəkliklər əsasən azərbaycanlıların əlindədir. Ermənistanda Aİ missiyasına fantastik imtiyazlar verilir. Aİ missiyasının fəaliyyəti üçün Ermənistana gətirilən əmlak və avadanlıqlar heç bir şəkildə yoxlanılmır, işçilərin maaşlarından vergi tutulmur, dövlət qurumlarının mütləq dəstəyindən istifadə edirlər. Üstəlik, onlar ümumiyyətlə Aİ müşahidəçiləri deyillər”.

Ekspert Kanadanın bu missiyada iştirakı məsələsini də qaldırıb: “Kanada Avropa İttifaqının üzvü deyil, elə deyilmi? Buna baxmayaraq, Kanada nümayəndələri müşahidə missiyasına salınıblar. Buradan sual yaranır: bunlar Avropa İttifaqının, yoxsa Kanadanın da üzvü olduğu NATO-nun müşahidəçiləridir? Qeyd etmək lazımdır ki, bu, Aİ-nin müşahidə missiyası deyil, NATO-nun müşahidə missiyasıdır. Oradan “müşahidəçilər” sözünü çıxarın, çünki əslində bu, Ermənistanda NATO-nun kəşfiyyat strukturudur və onun maraqlarına xidmət edir”.

Qeyd edək ki, fevralın 20-də bədnam missiya Ermənistandakı fəaliyyətinin ildönümü ilə bağlı brifinq keçirib. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos iddia edib ki, missiya bölgədə sülhün qorunub saxlanılmasında mühüm rol oynayıb və bu, onların əsas prinsipidir. Lakin missiyanın brifinqi bir çox suallar doğurub. Məsələn, tədbirdə səslənən fikirlər arasında diqqəti çox diqqət cəlb edən Rusiyanın sərt formada ittiham olunmasıdır. Missiya rəhbəri qəzəblə bildirib ki, Moskva Aİ missiyasının müşahidəçilərini Zəngəzur vilayətinin (Sünik) Nerkin And yaşayış məntəqəsinə buraxmayıb. Məhz həmin ərazidə şərti sərhəddə təxribat törədən dörd erməni silahlısı məhv edilib. Bu narazılığı Aİ missiya rəhbəri ilə yanaşı, brifinqdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan də səsləndirib.

Beləliklə, brifinqi Ermənistan və Aİ-nin Rusiyaya qarşı total hücumuna rəsmən start verilməsi də adlandırmaq olar. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritet məsələdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına çalışılır. Ona görə də Avropa İttifaqı Ermənistandakı missiyasının üzvlərinin sayını artırır. Missiya üzvlərinin sayının artırılması, Rusiyaya qarşı ittihamların hədəfi bəllidir: Ermənistanı Ukraynaya, Suriyaya çevirmək. Deyəsən, planlarını da reallaşdırmağa yaxındırlar.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR