22-02-2024, 17:36 552

Aİ və Ermənistan Rusiyaya qarşı birləşir - Brüssel açıq oyuna hazırlaşır - ŞƏRH

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh prosesinə əngəl olan əsas qüvvədir, Azərbaycana qarşı total hücumda öndə gedənlərdən biri olub, qarayaxma kampaniyasında aktivlik göstərir, ən böyük üzvü Fransanın diktəsi ilə birtərəfli qaydada Ermənistanı dəstəkləyib. Azərbaycanla şərti sərhəd əraziyə mülki missiya yerləşdirməsi də çirkin kampaniyanın tərkib hissəsidir. Missiya mütəmadi olaraq ziddiyyətli davranıb, Ermənistanın törətdiyi təxribatlara reaksiya verməyib, əvəzində Bakını günahlandırıb və bu siyasətini dəyişmir. İrəvan da İttifaqın missiyasını özünün təhlükəsizlik çətiri kimi görür. Baş nazir Nikol Paşinyan hökuməti dəfələrlə Brüsselin patronajlığı ilə Azərbaycanla şərti sərhəddə təxribatlar törədib, gərginlik yaradıb. Aİ missiyası isə susqun şəkildə bu təxribatları kənardan izləyib. İrəvan Avropa İttifaqı missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

Yeri gəlmişkən, fevralın 20-də bədnam missiya Ermənistandakı fəaliyyətinin ildönümü ilə bağlı brifinq keçirib. Missiyanın rəhbəri Markus Ritter 365 gün ərzində 1720 patrul fəaliyyəti apardıqlarını xüsusi vurğulayıb. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos isə iddia edib ki, missiya bölgədə sülhün qorunub saxlanılmasında mühüm rol oynayıb və bu, onun əsas prinsipidir.

Diplomat rəsmi Bakının missiyanın fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidlərə gəldikdə, bunların əsassız olduğunu iddia etməyə çalışıb. V.Maraqos son sərhəd gərginliyi, daha dəqiq ifadə etsək, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgərinin yaralanmasına hələ də reaksiya verməyib, bunun üstündən keçib, əvəzində Bakının cavab tədbirlərini özünəməxsus şəkildə şərh etməyə çalışıb. Tədbir Aİ missiyasının birillik fəaliyyəti ilə bağlı olsa da, bu il sülh prosesi üçün konkret hansı addımlar atılmasına toxunulmayıb. Düzdür, yaddaqalan hadisələr olub. Məsələn, mütəmadi olaraq şərti sərhədə yaxınlaşıb selfi çəkdirib, binoklla qarşı tərəfə baxıblar.

Yeri gəlmişkən, missiyanın brifinqindən ortaya bir çox məsələlər də çıxıb. Məsələn, tədbirdə səslənən fikirlər arasında daha çox diqqət cəlb edən Rusiyanın sərt formada ittiham olunmasıdır.

Missiya rəhbəri qəzəblə bildirib ki, Rusiya Aİ missiyasının müşahidəçilərini Zəngəzur vilayətinin (Sünik) Nerkin And yaşayış məntəqəsinə buraxmayıb. Məhz həmin ərazidə şərti sərhəddə təxribat törədən dörd erməni silahlısı məhv edilib. Bu narazılığı Aİ missiya rəhbəri ilə yanaşı, brifinqdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan də səsləndirib: “Yalnız Rusiya həmin əraziyə giriş imkanlarına malikdir. Lakin Rusiya insidentin qarşısını ala bilməyib”. Onun digər ittihamı isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı olub. Aİ-nin missiyasının tərifini göylərə qaldırıb, Moskvanın himayəsi ilə yaradılan hərbi qurumu isə regionda sabitləşdirici rol oynaya bilməməkdə günahlandırıb.

TŞ sədri sonda ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda ittifaqın missiyasının tərkibində quruma daxil olan bütün ölkələrin nümayəndələrini görməyə müvəffəq olacaqlar. Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borell də bəyan etmişdi ki, təmsil etdiyi təşkilat Ermənistandakı mülki missiyasının sayını artırır. Məlumata görə, Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirəcək, oradakı əməkdaşlarının sayını 138 nəfərdən 209-a çatdıracaq.

Qeyd edək ki, Ermənistanın KTMT-dən çıxması məsələsi ölkədə ən çox müzakirə olunan məsələlər sırasındadır. Rəsmi İrəvan bunu təşkilatın Azərbaycanla müharibədə tərəfsiz qalması ilə əlaqələndirir.

Beləliklə, brifinqi Ermənistan və Aİ-nin Rusiyaya qarşı total hücumuna rəsmən start verilməsi də adlandırmaq olar. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir. Əməkdaşlarının sayının artırılmasının sifarişi də Qərbdən gəlir. Bununla da, Kremlə qarşı casus şəbəkəsi genişlənmiş olacaq. Bu şəbəkə əhali arasında anti-Rusiya təbliğatını genşləndirməklə yanaşı, hərbi bazalarından və obyektlərindən məlumat toplanışını həyata keçirəcək. Nəzərə alaq ki, bu ölkədə ABŞ səfirliyi də əməkdaşlarının sayına görə lider mövqedədir. Eyni zamanda bu ölkədə Vaşinqtonun gizli laboratoriyası da fəaliyyət göstərir.

Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əmin-amanlığa qarşı çıxır. Brüsselin “missiya oyunu” da bu planın tərkib hissəsidir. Missiya üzvlərinin sayının artırılması təşəbbüsünün, Rusiyaya qarşı ittihamların hədəf bəllidir: bölgəni Ukraynaya, Suriyaya çevirmək. Artıq bu istiqamətdə plan işə düşüb.

Paylaş

Xəbər lenti

Astarada iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Bu gün, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Bu gün, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Bu gün, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR