27-02-2024, 17:57 493

Ordubadda Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Bu gün Ordubad şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın dövlət və hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

F. Nəcəfli ölkə başçısının 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması münasibətilə təbriklərini çatdırıb, bu sənədi gələcək islahatlar və yeni layihələrin başlanğıcı kimi dəyərləndirib.

İqtisadiyyat naziri ilə birlikdə ötən il fevralın 9-da Naxçıvanda sahibkarlarla keçirilən görüşü xatırladan F.Nəcəfli vurğulayıb ki, həmin görüşdə sahibkarların müraciətləri əsasında Naxçıvanda yerlərdə vergi ödəyiciləri üçün bu cür xidmət mərkəzlərinin qurulmasının vacibliyi diqqətdə saxlanılıb. Ötən il Naxçıvan şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib. Bu gün isə analoji xidmətlər Ordubad və Şərur rayonlarında təşkil olunur.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın artıq ötən ildən icra olunduğunu bildirən səlahiyyətli nümayəndə vurğulayıb ki, bugünkü açılış tədbiri də Dövlət Proqramının icrası ilə birbaşa əlaqədardır. Vergi Ödəyicilərinə Xidmət Mərkəzi bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artıracaq. Mərkəzin müasir imkanları hesabına vergi ödəyicilərinin müraciətlərinə qısa zamanda reaksiya veriləcək, problemləri yerində həll olunacaq. Bütün bunlar sahibkarlığın inkişafına böyük dəstəkdir. F.Nəcəfli belə layihələrin davam etdiriləcəyini deyib, mərkəzin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.

O. Nəzərli Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin açılışının muxtar respublikanın biznes mühitində mühüm hadisə olduğunu bildirib, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına xidmət edəcəyini vurğulayıb. Qeyd edilib ki, hazırda ölkə üzrə müasir standartlara cavab verən 59 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, Ordubad şəhərində ən yeni avadanlıqlarla təchiz edilmiş xidmət mərkəzinin istifadəyə verilməsi ölkə üzrə müasir standartlara cavab verən geniş xidmət mərkəzlərinin daha bir həlqəsi olmaqla sahibkarlara hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərəcək.

Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının daha da artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə Ordubad şəhərində xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilir. Xidmət mərkəzində 9 mindən artıq vergi ödəyicisinə müvafiq istiqamətlər üzrə bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək. Muxtar respublikada fəaliyyət göstərən bütün vergi ödəyicilərini əhatə etmək məqsədilə Babək şəhərində də belə bir mərkəzin tikintisinə başlanılıb. Bununla da muxtar respublikada xidmət mərkəzlərinin sayı 4-ə çatdırılacaq. Bütün bunlar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verəcək.

Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videorolikə baxıb, buradakı texniki imkanlar və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, xidmətin rəis müavini Anar İbrahimov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində 2023-cü il ərzində əldə edilmiş bəzi göstəricilər barədə təqdimat edib. Qeyd olunub ki, son 1 il ərzində mühüm struktur islahatları aparılıb, Vergi Ödəyicilərinə Xidmət mərkəzlərində fəaliyyətin operativ və səmərəli təşkili üçün bu sahədə fəaliyyət göstərən əməkdaşların sayı 2,4 dəfə artırılıb.

Bildirilib ki, ən yeni avadanlıqlarla təchiz edilmiş müasir dizaynlı xidmət mərkəzi geniş funksiyalara malikdir. Vergi Ödəyicilərinə Xidmət Mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması və “ASAN İmza” sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Burada, həmçinin müraciət edənlər üçün özünəxidmət bölməsi açılıb, onların büdcəyə olan borclarını öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər. Bununla yanaşı, mərkəzdə şəhid ailələri və qazilərin xidmətlərdən rahat yararlanması üçün növbədənkənar xidmət otağı yaradılıb.

Ən son texnoloji yeniliklər, elektron növbə və müasir xidmət avadanlıqları ilə təmin olunan mərkəzə müraciət edən vergi ödəyicilərinə xidmət prosesi əyani şəkildə göstərilib.

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR