
Paraatletika üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, komanda bu məqsədlə qardaş ölkəyə yollanıb.
Yığma üzvləri martın 21-dək hazırlığını davam etdirəcəklər.
Bu toplanış martın 21-25-i aralığında İtaliyanın Cesolo şəhərində keçiriləcək “Jesolo 2024 World Para Athletics Grand Prix” yarışına hazırlıq xarakteri daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.