3-03-2024, 11:40 503

Azərbaycan QHT-ləri bəzi xarici qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb

Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıb.

"Report"a daxil olan məktubda deyilir: “Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru cənab Quntram Volfa və Konrad Adenauer Fondunun sədri cənab Norbert Lammertə müraciət edərək, onları rəhbərlik etdikləri qurumların bu il martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırırıq.

Siz diplomatiya ilə sıx bağlı olan şəxslər kimi yaxşı bilirsiniz ki, Ermənistan və onun 30 ilə yaxın müddətdə mövcud olmuş oyuncaq separatçı rejimi Azərbaycan Respublikası ərazisini uzun müddət işğal altında saxlayaraq, Azərbaycan xalqının maddi və mədəni irsini məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb. Ermənistan tərəfindən onlarla məscid uçurulub, bir çoxları mal-qara saxlanılması üçün istifadə olunaraq təhqir edilib.

Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irisinin məhvi barədə hesabatlar yaymayıb. Qarabağda məscidlərin dağıdılması və içərisində donuz saxlanılması faktlarına münasibətdə bu susqunluq islamofobiya nümunəsidir.

2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Rəhbərlik etdiyiniz təşkilatlar buna da əhəmiyyət verməyib.

İndi sual edirik: yalan, saxtakarlıq və riyakarlıq üzərində qurulmuş “Arsaxın mədəni irsi” nəşri üzərində birtərəfli, qərəzli müzakirələr təşkil etməkdə məqsədiniz nədir?

Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən dərhal sonra bu tədbirin təşkili qarşılıqlı etnik nifrəti artırmağa və sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir. Xarici Əlaqələr üzrə Alman Şurası öz rəsmi saytında Corc Sorosun Açıq Cəmiyyət İnstitutundan maliyyələşdiyini gizlətmir. Bu, islamofobiyanın təşviqinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin ört-basdır edilməsinə səbəb olmamalıdır.

Biz inanmaq istəyirik ki, sizlərin müdaxiləsi ilə məsələ həllini tapacaq və rəhbərlik etdiyiniz qurumlar “Arsaxın mədəni irsi” mövzusunda islamofob tədbiri ləğv edəcəkdir.

Biz sizləri Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının maddi-mənəvi irsinin yox edilməsinə dair faktları araşdırmağa və bütün tərəflərin iştirakı ilə müzakirələr təşkil etməyə çağırırıq”.

İmzalar:

"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli

Xan Şuşinski Fondunun sədri Bəyimxanım Verdiyeva

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova

“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Qasımov

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli

“Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirov

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov

“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Etibar Məmmədov.

Paylaş

Xəbər lenti

İsmayıllıda ev və köməkçi tikili yanıb Bu gün, 13:48 Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib Bu gün, 13:48 "Tanrının adamları" işıq üzü gördü Bu gün, 13:48 Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq Bu gün, 13:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Bu gün, 13:48 Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib Bu gün, 13:48 MDB-də sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mərhələdir - RƏY Bu gün, 13:48 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir Bu gün, 13:48 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib Bu gün, 12:48 Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto Bu gün, 12:48 Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək Bu gün, 12:48 Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı Bu gün, 12:48 Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib Bu gün, 11:48 Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər Bu gün, 11:48 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb Bu gün, 09:48 Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR