
Azərbaycan Dili proqramı və imtahan modeli ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib.
"Report" xəbər verir ki, bununla bağlı Dövlət İmtahanı Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, CEFR dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə modeldir.
M.Abbaszadə deyib ki, 50 milyon insan Azərbaycan dilində danışır və anlayır:
“Onlar təkcə Azərbaycanda yaşamırlar. Bununla belə istəyirlər ki, uşaqları, nəvələri Azərbaycan dilini bilsin. Ona görə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı modeli hər kəs üçün faydalı hesab edilir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.