
Türkiyədə turistləri daşıyan avtobus aşıb.
"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərinin Ezine ilçəsində qeydə alınıb.
Avtobus idarəetməni itirib aşandan sonra su kanalına düşüb.
Qəza nəticəsində 1 nəfər ölüb, sürücü də daxil olmaqla 54 nəfər yaralanıb.
Hadisə yerinə tibbi, jandarma və xilasetmə qrupları cəlb edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.