6-03-2024, 04:41 389

Azərbaycanın üzləşdiyi mina təhlükəsi Britaniya parlamentində

Böyük Britaniya Parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə tədbir keçirilib.

Bu barədə “AVESTA.AZ”a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

Britaniya Parlamentində fəaliyyət göstərən Partlayıcı Qurğulardan Qaynaqlanan Təhlükələr Qrupu və mina qurbanlarına uzunmüddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda Mina Fəaliyyəti və Mina Qurbanlarına Yardım” mövzusuna həsr olunub.

Tədbirdə Britaniya parlamentinin nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri, Britaniyalı akademik və ekspertlər, minalardan təmizləmə məsələləri ilə məşğul olan təşkilatların nümayəndələri və media nümayəndələri iştirak edib. ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov tədbirdə təqdimatla çıxış edib. Tədbirdə ANAMA-nın əməkdaşı Ramil Əzizov da iştirak edib.

Açılış nitqində Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov 30 illik işğal və hətta ondan sonrakı dönəmdə Ermənistanın Azərbaycan ərazilərində minlərlə minalar basdırması və bunun ağır humanitar nəticələrindən bəhs edib. Azad edilmiş ərazilərin minalardan təmizlənməsinin regionda sülhün əldə edilməsi üçün vacib faktorlardan biri olduğunu deyən səfir Süleymanov bu istiqamətdə göstərdiyi maliyyə və ekspert dəstəyinə görə Britaniya hökumətinə təşəkkür edib. Minaların təkcə insan həyatı üçün deyil, ətraf-mühit üçün də zərərli olduğunu bildirən səfir təhlükənin bu aspektinə diqqət çəkmək üçün Azərbaycan tərəfindən atılacaq addımlar, o cümlədən bu il Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində mövzu üzrə keçirilməsi planlaşdırılan yan tədbir barədə məlumat verib. Səfir ötən ilin iyun ayında ANAMA-nın müxtəlif beynəlxalq tərəfdaşlar, o cümlədən Mine Advisory Group ilə tərəfdaşlıqda Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması üçün təlimlərin keçirilməsinə istinad edərək bu məqamı həm də ölkə gündəmi üçün vacib bütün məsələlərdə qadınların roluna verilən əhəmiyyət kimi xüsusi vurğulayıb.

Parlamentdə fəaliyyət göstərən Partlayıcı Qurğulardan Qaynaqlanan Təhlükələr Qrupunun Sədri, İcmalar Palatasının deputatı Metyu Offord (Matthew Offord) qeyd edib ki, həddindən artıq ağır və çətin təhlükə olmasına baxmayaraq minalar məsələsinə beynəlxalq diqqətin lazımı səviyyədə olmaması təəssüf doğurur. M.Offord Sədrlik etdiyi Qrupun Azərbaycandakı mina təhlükəsi ilə bağlı gördüyü işlərdən qürur duyduğunu söyləyib, əməkdaşlıq üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, görülən işin Azərbaycan üçün faydaları ilə yanaşı, qazanılmış təcrübənin mina təhlükəsi ilə üzləşən digər coğrafiyalarda da tətbiqi baxımından olduqca vacib olduğunu bildirib. O, Qrupun Azərbaycana bu xüsusda dəstəyini siyasi yanaşma kimi deyil, məhz humanitar əsaslı və əhalinin gələcək rifahına yönəlmiş fəaliyyət kimi vurğulayıb.

Daha sonra ANAMA İdarə Heyəti Sədrinin müavini Samir Poladov çıxış edərək qonaqlara "Mina Çirklənməsi və onun Dayanıqlı İnkişafa Təsirləri" mövzusunda təqdimat edib. Təqdimatda Azərbaycanın üzləşdiyi mina çirklənməsinin miqyası, Ermənistan tərəfindən təkcə hərbi deyil, mülki obyektlərin, hətta qəbiristanlıq və su quyularının belə minalanması, mina insidentlərinin qurbanları və insidentlərin baş verdiyi ərazilər üzrə statistika barədə məlumat verilib.

S.Poladov həmçinin ANAMA-nın ərazilərin minalardan təmizlənməsi istiqamətində gördüyü işlər və istifadə edilən texnikadan danışıb. ANAMA-nın mina riskləri üzrə əhali arasında maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərə də diqqət çəkən S.Poladov mina təmizləmə fəaliyyətinin Azərbaycanda 18-ci dayanıqlı inkişaf məqsədi elan edildiyini nəzərə çatdırıb. Təqdimatın sonunda bugünədək minalardan təmizləmə fəaliyyətində Azərbaycana dəstək olan ölkə və təşkilatlara təşəkkür edilib və təhlükənin miqyası və çətin xarakteri xatırladılaraq beynəlxalq tərəfdaşların minatəmizləmə səylərinə dəstəyi davam etdirmələri xahiş edilib.

Tədbir zamanı Britaniya Müdafiə Nazirliyinin rəsmisi Nigel Marş qurumun ANAMA ilə birlikdə azad edilmiş ərazilərdəki mina çirklənməsinin həlli istiqamətində gördüyü işlər və Britaniyanın müvafiq şirkətlərinin həyata keçirdiyi təlimlər barədə danışıb. O, Azərbaycanda mina çağırışı ilə bağlı keçirilən beynəlxalq konfransların bu barədə məlumatlılığın artırılması və daha çox tərəfdaş cəlb edilməsi baxımından faydalı olduğunu əlavə edib.

Britaniyada fəaliyyət göstərən Mine Advisory Group – MAG adlı qeyri-hökumət təşkilatının nümayəndəsi qurumun Azərbaycanda həyata keçirdiyi layihələr və qabiliyyətlərin artırılmasına verdiyi töhfələrdən söz açıb.

Beynəlxalq əsasda fəaliyyət göstərən və 2022-ci ildə Britaniyada da filialı açılan "APOPO" adlı qeyri hökumət təşkilatının nümayəndəsi Alan Mathers minaların yerinin müəyyən edilməsi üçün qeyri-ənənəvi metodların - təlimləndirilmiş siçovullar və itlərdən istifadə edilməsinin az xərclə daha effektiv nəticələrin əldə edilməsindəki rolundan bəhs edib, ANAMA ilə birgə Azərbaycanda keçirdikləri birgə layihə barədə məlumat verib.

Sonda çıxış edən, REVIVE təşkilatının rəhbəri Nigel Ellvay Parlament Qrupunun sədri Metyu Offordla birlikdə ötən iki il ərzində bir neçə dəfə Azərbaycana səfər etdiyini və mina təhlükəsinin yaratdığı çətinliklərlə yerində yaxından tanış olduğunu deyib. O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində işğal zamanı dağıdılmış milli və dünya əhəmiyyətli mədəni abidələrin bərpa edilməsində ərazilərin minalanması səbəbindən yaranmış çətinlikləri diqqətə çatdırıb. Bu məsələni ötən ilin dekabr ayında Londonda yerləşən Viktoria və Albert Muzeyində mina təhlükəsinin mədəni irsə dağıdıcı təsirləri mövzusunda keçirilən tədbirdə də qaldırdığını deyən N.Ellvay bu məqamın diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR