4-12-2023, 09:58 1208

BƏƏ-də COP28 çərçivəsində Azərbaycanın mina probleminə dair tədbir keçirilib

BƏƏ-də COP28 çərçivəsində Azərbaycanda mina probleminə dair yan tədbir keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də iştirak edib.

Azərbaycanın COP-28-dəki pavilyonunda “Mina təhlükəsi ilə mübarizə - yaşıl gələcək: minalarının ətraf mühitə təsirlərinin azaldılması” adlı yan tədbir keçirilib.

Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını, ərazilərin işğalı zamanı zənginliyi və gözəlliyi ilə tanınan Qarabağın və Şərqi Zəngəzurun təmiz ekosistemi Ermənistanın hərbi qüvvələri tərəfindən dağıdıldığını, təxminən 1,5 milyona yaxın minanın basdırıldığını və 9 min kv.km ərazinin təhlükəli hesab edildiyini diqqətə çatdırıb.

Bildirib ki, minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur. Keçirilən yan tədbir bu istiqamətdə dialoqun təşviqi, biliklərin mübadiləsi və qlobal olaraq aktual problemin həllində birgə səylərin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Biz anlayırıq ki, yaşıl gələcək təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də müharibənin partlayıcı qalıqlarının yaratdığı təhdidlərdən azad, təhlükəsiz və dayanıqlı mühit yaratmaqdır.

Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə mənfi təsiri, ekoloji tarazlığın bərpa olunması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponent olduğunu bildirib.

Yan tədbir çərçivəsində biomüxtəlifliyin qorunması və ekoloji reabilitasiyanın gücləndirilməsi, minaların ekosistemlərə təsiri və təmizlənmədən sonrakı fəaliyyətdə innovativ ekoloji bərpa üsulları, habelə Azərbaycanda ekologiya kontekstində mina təhlükəsi ilə mübarizə proqramı mövzularında panel müzakirələr keçirilib.

Müzakirələrdə AzərbaycanEkologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, eləcə də Minaların Təmizlənməsi üzrə Qlobal Məsləhətçi, BMT İP-nın Böhran Bürosu üzrə nümayəndəsi Steinar Essen iştirak edib.

Tədbirdə iştirak edən Münaqişələr və Ətraf Mühit Müşahidələri üzrə qurumun Ətraf Mühit Siyasəti üzrə Mütəxəssisi Linsey Cottrell mövzunun BMT-nin gündəliyi üçün maraqlı olduğunu, minaların ekosistemə təsiri istiqamətində BMT qurumları ilə tərəfdaşlığın gələcək perspektivlərinin mövcudluğunu, həmçinin minaların tərkibində olan toksik maddələrin ətraf mühitə təsirləri üzərində çalışmalara başlanıldığını qeyd edib.

Paylaş

Xəbər lenti

Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb Bu gün, 09:48 Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Dünən, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Dünən, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Dünən, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Dünən, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Dünən, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Dünən, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR