6-03-2024, 14:56 446

Ermənistanın Aİ xülyası - Paşinyanın erməniləri aldatmaq üçün yeni yalanı - ŞƏRH

Ermənistan parlamentinin sədri Alen Simonyan iddialı açıqlama ilə çıxış edib və deyib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır. Spiker söyləyib ki, rəsmi İrəvan bununla təhlükəsizliyini təmin edəcək.

Onun bu açıqlaması Ermənistanın xarici siyasətdə vektoru dəyişmək planı kimi dəyərləndirilə bilər. Baş nazir Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduqlarını elan etmələri Ermənistandakı vəziyyətə xaricdən verilən növbəti qiymətləndirmənin, daha dəqiqi təhrifedici tərifin nəticəsidir. Elə A.Simonyanın fikirləri də bunu təsdiqləyir: “Hərəkətlərimiz göstərir ki, biz artıq Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrdən daha yaxşı demokratiyaya malikik. Bunu biz demirik, Aİ tərəfdaşlarımız bildirir”.

Bu il fevralın ortalarında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell söyləmişdi ki, Brüssel və İrəvan ikitərəfli əməkdaşlığın “iddialı” genişləndirilməsi üzərində əməkdaşlığa başlamaq qərarına gəliblər. Onun sözlərinə görə, ittifaq yaxın gələcəkdə bu ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir.

N.Paşinyan hökuməti də belə açıqlamalara inanaraq ölkələrini Aİ üzvlüyünə layiq sayır. Ancaq reallıq və qaydalar J.Borrell, A.Simonyan və onlarla eyni mövqedə olanların dediklərini inkar edir. Düzdür, Ermənistanda Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan kimi Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının üzvüdür. Ancaq bu həmin ölkələrin quruma namizədliyi və üzvlüyü üçün baryerləri aradan qaldırmır.

İndi əsas sual odur ki, Ermənistan Aİ-yə üzv olmaq bir tərəfə, quruma qoşulmaq üçün namizəd olmağa layiqdirmi? İrəvan şərtlərə cavab verirmi?

Təşkilata üzv olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir. Ermənistan isə coğrafi bölgüyə əsasən, Asiya qitəsinə aiddir. Avroasiya materikinin iki qitə arasında sərhədi belədir: Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası da var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcı ərazisi. Ermənistan bu iki bölgü daxilində yoxdur.

Prosedurlara görə, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. Təsdiq üçün ölkə aşağıdakı meyarlara cavab verməlidir:

- azadlıq, demokratiya, insan hüquqlarına, əsas azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət etməlidir;

- müdafiə təminatı verən təsisatların sabitliyi;

- funksional bazar iqtisadiyyatının mövcudluğu, habelə Avropa İttifaqı daxilində rəqabət təzyiqləri və bazar qiymətlərinin öhdəsindən gəlmək imkanı;

- ittifaqın siyasi, iqtisadi və pul-kredit məqsədlərinə sadiqlik daxil olmaqla, üzvlük öhdəliklərini qəbul etmək bacarığı və s.

Demokratiyanın əsas göstəricilərindən sayılan, söz və mətbuat azadlığı Ermənistanda ardıcıl şəkildə pozulur. KİV haqqında yeni qanuna görə, ictimai xadimləri təhqir etməkdə günahlandırılan media nümayəndələri 12 600 dollar, yaxud ölkə jurnalistlərinin 30 aylıq əmək haqqı məbləğində cərimə olunacaqlar.

N.Paşinyanın jurnalistləri “qatillər”, ölkəsinin media məkanını isə “zibillik” adlandırması da rəsmi İrəvanın azad mediaya münasibətinin göstəricisi sayıla bilər. Belə yüksək məbləğdə cərimə və N.Paşinyanın açıqlaması ölkədə jurnalistlərə hücumların artacağını göstərir və buna münbit şərait yaradır.

Yerli təhlilçilər bildirib ki, hakimiyyətin zəif və təsir etmək imkanları məhdud olduğu üçün media və başqa demokratik institutların fəaliyyətinə qadağalar qoya bilmir. Bu da xaricdə Ermənistanda demokratiyanın olduğu təəssüratı və görüntüsü yaradır.

İrəvanın Aİ-nin üzvlüyünə namizəd statusu almasını qeyri-mümkün edən başqa amillər də var. Məsələn, Ermənistan dövlət sərhədlərini mühafizə etməyə qadir deyil. Bundan başqa, Aİ-yə üzv, yaxud namizəd ölkələrin ərazisində NATO istisna olmaqla başqa dövlətin qoşunu yoxdur. Ancaq A.Simonyanın ölkəsinin sərhədlərini Rusiya hərbçiləri qoruyur, orada rusların 102 saylı hərbi bazası var. Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Ölkə bu sahədə tamamilə Moskvadan asılı vəziyyətdədir.

Regional şərait də İrəvanın Aİ-nin üzvlüyə namizəd olmasına imkan vermir. Ermənistanın yeni şəraitə uyğun konstitusiyası yoxdur. Mövcud əsas qanun isə qonşu dövlətlərə qarşı ərazi iddiasını özündə ehtiva edir. Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Habelə N.Paşinyan hökumətinin demokratik olduğunu iddia edənlər 300 minlik qərbi azərbaycanlının öz doğma yurdlarından zorla qovulmalarına münasibət bildirmirlər, bunu görməzdən gəlirlər. Bununla da qərbi azərbaycanlıların insan hüquqlarına hörmətsizlik edirlər. Bütün bunlar onlara qarşı diskriminasiyanın Avropa İttifaqının rəhbərliyi səviyyəsində müdafiəsi anlamına gəlir. Ancaq bu reallıq Aİ-nin nüfuzuna, demokratikliyinə zərbə vurur.

Rəsmi İrəvan Moskva ilə münasibətlərinə hələ də tam aydınlıq gətirməyib. Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında fəaliyyəti dondurmaq və İrəvanın “Zvartnos” hava imanında xidmət edən rusiyalı hərbçilərin oradan çıxarılmasını tələb etmək hələ Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması demək deyil.

Rəsmi İrəvan Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduğunu iddia etməklə ölkə vətəndaşlarına yalan məlumat verir. Bununla da guya Ermənistanı “Köhnə qitə”nin ən nüfuzlu təşkilatına üzv edəcəyi vədini verməklə cəmiyyətdə reytinqini saxlamağa çalışır. Aİ-dəki borrellər də simonyanlara saxtakarcasına dəstək verir. Ancaq reallıqlar, şərtlər, qaydalar rəsmi İrəvanın bu qurumun adını tutmasına, “A”sını belə dilə gətirməsinə imkan vermir.

Paylaş

Xəbər lenti

Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR