
Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır. Bu, ortaq tariximizi, ədəbiyyatımızı öyrənməyə və təbliğ etməyə töhfə verə bilər.
“AVESTA.AZ”un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Füzulinin, Nizaminin və bir çox klassiklərimizin yublieylərinin bütün türkdilli dövlətlərdə keçirilməsi ortaq türk inteqrasiyasının genişlənməsinə töhfə verər", - deyə o vurğulayıb.
AMEA prezidenti əlavə edib ki, bu il Mahmut Kaşğarinin “Divani lüğət-it-türk” kitabı çap edilib: "Bu əsərin tərcüməsi və çapı AMEA-nın Azərbaycan ədəbiyyatına töhfəsi hesab oluna bilər".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.