
Rusiyanın Azərbaycandakı səfirliyində Belarus, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistan səfirlərinin görüşü olub.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın diplomatik missiyasının bildirib.
“Martın 14-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində MDB üzvü dövlətlərin diplomatik nümayəndəlikləri rəhbərlərinin artıq xoş ənənəyə çevrilmiş dostluq görüşü olub”, – səfirlik diqqətə çatdırıb.
Qeyd olunub ki, görüşdə Andrey Ravkov (Belarus), Kayrat Osmanaliyev (Qırğız Respublikası), Bahrom Əşrəfxanov (Özbəkistan), Mixail Yevdokimov (Rusiya səfiri) və İlhom Abdurahmon (Tacikistan) iştirak ediblər.
“Qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub”, – mətbuat xidməti vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.