16-03-2024, 12:10 487

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların 70 faizini rəisə - Vüsal Əlizadəyə vermişəm 

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“AVESTA.AZ”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Murad İmanov bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyib. O, heç kimdən tapşırıq almadığını, mənimsənilən pulları köçürmək üçün 15 nəfərin adına bank hesabı açdırdığını, lakin pulların yalnız bir hesaba köçürüldüyünü bildirib.

“Hərbi hissədə maliyyə pozuntusu etmişik. Dövlət ittihamçısı mən işlədiyim müddətdə 193 min manata yaxın pul mənimsənildiyini bildirdi, lakin mənə görə, cəmi 150 min manat pul mənimsənilib. Həmin pullardan 70 faizini rəisə - Vüsal Əlizadəyə vermişəm. Hələ ki, mənim üzərimə düşən vəsaiti büdcəyə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm”, - o deyib.

Müttəhim Vüsal Əlizadə etiraz edərək bildirib ki, mənimsənilən pullardan 20 faizi maliyyələşməyə, 10 faizi təftişə, 20 faizi ona verilib. Onun sözlərinə görə, yerdə qalan 50 faizini isə M.İmanov özünə götürüb.

Sözügedən dövrdə MN-in hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyən şahid Vüqar Qurbanov həmin dövrdə mənimsənilən 92 min manatdan 59 mininin ona qaldığını deyib, 25 min manat büdcəyə qaytardığını, qalanını da yaxın vaxtda qaytaracağını bildirib.

Şahid Təyyar İmanov isə deyib ki, təftiş dövründə 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib:
“Həmin vaxt korpusun maliyyə xidmət rəisi mərhum Rövşən Əliyev idi. Pulların 70 faizini ona vermişəm, 30 faizi mənə qalıb. Yoxlamalar zamanı işlədiyim birinci hərbi hissədə 835 min manat pulun mənimsənildiyi müəyyən olunmuşdu. Digər hərbi hissədəki çatışmazlıq 930 min manat məbləğində idi. Bu puldan da 70 faizini R.Əliyevə vermişdim. Mənimsənilən pullardan 500 min manata yaxın məbləğ mənim üzərimə düşür. Hələ ki büdcəyə heç nə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm”.

Təftiş dövründə Hərbi hissələrin birində maliyyə rəisinin köməkçisi işləyən Fərid Qulaviyev bildirib ki, yoxlamalar zamanı müəyyən olunan maliyyə çatışmazlığından 125 min manatı onun üzərinə düşür. Həmin pulu da dövlət büdcəsinə tam qaytarıb.

“F.Qulaviyevin işlədiyi hərbi hissələrin birində 1 milyon 245 min manat mənimsəmə faktı aşkarlanmışdı. Bu puldan 215 min manatı mənim, qalanı isə Rasim İbrahimovun dövrünə düşüb. Bizim iş prinsipimiz fərqli idi”, - deyə müttəhim Cəlal Kazımov şahid F.Qulaviyevin ifadəsinə cavab olaraq bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Səfir: Qlobal problemin müzakirə ediləcəyi WUF13 Ruanda üçün çox əhəmiyyətlidir Bu gün, 17:48 "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar AŞKARLANIB Bu gün, 17:48 Anasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər" Bu gün, 17:48 Global Media Group şahmat turniri təşkil etdi Bu gün, 17:48 SOCAR San-Marino ilə təbii qaz tədarükünü müzakirə edib Bu gün, 17:48 "Trendyol Plus" Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər Bu gün, 17:48 Qəbiristanlığa atılan azyaşlının atası tapıldı Bu gün, 17:48 ADSEA: 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib Bu gün, 17:48 Boşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? Bu gün, 17:48 Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi Bu gün, 16:48 XƏBƏRDARLIQ - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Bu gün, 16:48 Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB Bu gün, 16:48 Bakı Dəmir Yolu Vağzalının sanitar qovşaqlarından istifadə ÖDƏNİŞLİ OLDU Bu gün, 16:48 Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək Bu gün, 16:48 "Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib Bu gün, 16:48 Bir qrup incəsənət xadiminə Prezident mükafatı verilib - SƏRƏNCAM Bu gün, 16:48 Bakıda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil edəcək Bu gün, 16:48 Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - SƏRƏNCAM Bu gün, 16:48 Azercell "GiqaAddım" ilə addımları internetə çevirir! Bu gün, 16:48 Bu şadlıq sarayında ətlərdə at DNT-si aşkarlanıb Bu gün, 16:48 Sumqayıtda qaz təchizatı dayandırılacaq Bu gün, 15:48 Pezeşkian İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü bildirib Bu gün, 15:48 Azərbaycanda 4 ayda vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği açıqlanıb Bu gün, 15:48 Gecikdirilmiş 292,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub Bu gün, 15:48 Rusiyalı funksional çoxnövçülük çempionu öldürülüb Bu gün, 15:48 Amerikalı məşhur falçı yox ola biləcək şəhərləri açıqlayıb Bu gün, 15:48 Sabah bu kəndlərdə qaz olmayacaq Bu gün, 14:48 Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı Bu gün, 14:48 BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Bu gün, 14:48 Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA Bu gün, 14:48 Agentlik sədrinin müşaviri işdən çıxdı Bu gün, 14:48 ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb Bu gün, 14:48 Rusiya 1 gündə 570 pilotsuz uçuş aparatı vurulub Bu gün, 14:48 Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi Bu gün, 14:48 Bağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR Bu gün, 13:48 Magistratura imtahanı ilə bağlı VACİB proqnoz Bu gün, 13:48 Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb Bu gün, 13:48 Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar Bu gün, 13:48 İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib Bu gün, 13:48 İsmayıllıda 43 yaşlı kişi itkin düşüb Bu gün, 13:48 Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub Bu gün, 13:48 Cənubi Koreyada robot buddizmə "qəbul edildi" Bu gün, 13:48 Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb Bu gün, 12:48 Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı Bu gün, 12:48 Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində... Bu gün, 12:48 Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir Bu gün, 12:48 Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI Bu gün, 12:48 VI "Qızıl Şah" Milli Kulinariya Çempionatı keçirilir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR