2-03-2024, 12:13 645

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Müxtəlif adamların adına kart hesabları açdırmışdım

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə İş üzrə təqsirləndirilən Fərahim Sərkərov ifadə verib.

O bildirib ki, təftiş dövründə hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib:

“Qeyd olunan cinayət işi üzrə saxlanılmışdım. Dövlətə dəyən ziyanı tam ödədiyim üçün 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışam. Xidmət etdiyim hərbi hissədə yoxlamalar zamanı 590 min manat çatışmazlıq aşkar olunmuşdu. O məbləğdən 208 min manatı mənə qalıb. Qalan pulları Rasim İbrahimov və Cəlal Kazımova vermişəm”.

“Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik. Müxtəlif adamların adına 13-14 ədəd kart hesabları açdırmışdım”, - o deyib.

F. Sərkərov Dövlət Təhlükəsizlik Xidmətində istintaqa verdiyi ifadədə Cəlal Kazımova müxtəlif vaxtlarda hər dəfə 5 və 8 min manat olmaqla bir neçə dəfə pul verdiyini deyib.

C. Kazımov bildirib ki, F. Sərkərovdan həmin vaxt təftişə vermək üçün cəmi 15 min manat pul alıb. Həmin pulu Rafael Xələfova o da Namiq Poladova verib.


Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Arzu Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Bu gün, 16:48 İlin sonuna qədər ən uğurlu günlər - Vacib işləri BU TARİXLƏRƏ sala bilərsiz Bu gün, 16:48 Zaqatalada böcəklər evlərə kütləvi hücum edib Bu gün, 16:48 Arvadını öldürən şəxs mirasdan məhrum edildi Bu gün, 16:48 Seyfəddin Qəndilovun oğlu vəfat etdi Bu gün, 15:48 Qlobal səviyyədə ərzaq qiymətlərinin artmasının bir səbəbi də bu imiş... Bu gün, 15:48 "Sabah"ın ÇL-dəki rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı Bu gün, 15:48 Xalq artisti: "Məktəbli məhz məktəbli formasında olmalıdır" Bu gün, 15:48 FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Bu gün, 15:48 Ağıllı saatlarla yatmaq təhlükəlidirmi? - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi Bu gün, 14:48 Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib Bu gün, 14:48 Laos Prezidenti Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Bu meyvə ekstraktı prostat xərçənginin qarşısını ala bilir Bu gün, 14:48 Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb Bu gün, 14:48 İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb Bu gün, 14:48 XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? Bu gün, 14:48 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib Bu gün, 14:48 Bu ölkədə xalq birlik olub, kimsəsiz qıza təmtəraqlı toy etdi Bu gün, 14:48 Yusif Axundov və Şaban Cəərçiyevə yüksək vəzifə verildi Bu gün, 13:49 AFFA "Neftçi" klubunu cərimələdi - MƏBLƏĞ Bu gün, 13:48 İstanbulda metroda kiçik partlayışlar oldu - Vətəndaşlar təxliyə edildi Bu gün, 13:48 İspaniyada sürət qatarında yanğın: 300 sərnişin təxliyə edildi Bu gün, 13:48 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir? Bu gün, 13:48 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü... Bu gün, 13:48 Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri döndü - SƏBƏB... Bu gün, 13:48 İdman zalından çıxan Cennifer Lopez paparazzilərin obyektivində... Bu gün, 13:48 Qusarda qonşusunu telefonla çəkən qadını döyən şəxsə 260 saat cəza verildi Bu gün, 13:48 Təyyarədə taxtabiti aşkarlanıb - reys LƏĞV EDİLDİ Bu gün, 13:48 Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Bu gün, 12:48 Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir Bu gün, 12:48 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı Bu gün, 12:48 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir Bu gün, 12:48 Azərbaycanda bu ilin son iki ayında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub Bu gün, 12:48 23 illik təcrübə, peşəkar təmizlik: "Təmiz Xalı" Fabriki Bu gün, 12:48 Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi Bu gün, 12:48 Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək Bu gün, 12:48 Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir Bu gün, 12:48 Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram Bu gün, 12:48 Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyirdi Bu gün, 12:48 Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar Bu gün, 12:48 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 12:48 Azərbaycanlı tarzən vəfat etdi Bu gün, 11:48 Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR