
Fələstinin HƏMAS hərəkatı səhra komandirlərindən biri Faiq əl-Məbhuhun Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında öldüyünü təsdiqləyib.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə müvafiq bəyanatı hərəkatın rəsmi nümayəndəsi İzzət ər-Rişq rəsmi teleqram kanalında yayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında yerləşən Əl-Şifa xəstəxanasında hərbi əməliyyata başladığını elan etmişdi.
İsrail ordusu xəstəxananın HƏMAS tərəfindən terror fəaliyyətləri həyata keçirmək üçün istifadə edildiyini iddia edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.