22-03-2024, 15:29 594

Paşinyanın Metsamor yalanı: baş nazir Brüsseldə AES-in təhlükə olduğunu gizlətməyə çalışıb - ŞƏRH

Ermənistan tək region deyil, bütövlükdə dünya üçün ciddi təhlükə olan Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı yalan dolu hesabat və bəyanatlar təqdim etməkdədir. Martın 21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Belçika hökumətinin təşkil etdiyi ilk Nüvə Enerjisi Sammitində çıxış edən baş nazir Nikol Paşinyan növbəti dəfə dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışıb.

Baş nazir əvvəlcə iddia edib ki, nüvə energetikası ölkəsinin enerji təhlükəsizliyinin təməl daşıdır. Ardınca da tək ölkəsi üçün deyil, bütövlükdə region, dünya üçün təhlükə mənbəyi olan Metsamor AES ilə bağlı məsələni qabardıb. 2023-cü ilin dekabrında hökumətin AES-in istismar müddətinin uzadılması barədə planı təsdiq etdiyini vurğulayıb. N.Paşinyanın növbəti yalanı AEBA-nin tapşırıq və göstərişlərinə uyğun olaraq stansiyanın təhlükəsizliyi və idarəolunması ilə bağlı tədbirlər görməsi ilə bağlı olub. Bildirib ki, bu işlər tərəfdaş dövlətlərlə həyata keçirir. “Ermənistan AES bizim suverenliyimizi möhkəmləndirir və simvolizə edir”, - deyə baş nazir bəyan edib.

Maraqlıdır ki, hökumət başçısı bir yerdə də olsun hansı təhlükəsizlik tədbirləri gördüklərinə, eləcə də, Metsamor AES-in region üçün ciddi təhlükə olduğu barədə səslənən fikirlərə toxunmayıb. Halbuki, region ölkələrini təmsil edən ölkələrin rəsmiləri, qeyri-hökumət təşkilatları, ekoloqları stansiyanın doğurduğu təhlükələr barədə dəfələrlə bəyanatlarla çıxış edib, dünya ictimaiyyətindən AES-in bağlanmasına çağırış etməyi tələb ediblər.

Sammit keçirildiyi gün Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Brüsseldə keçirilən sammitin rəhbərliyinə açıq məktubla müraciət edib Metsamor AES-in region ölkələri üçün təhlükə mənbəyi olaraq qaldığını elmi sübut və dəlillərlə bir daha onların diqqətə çatdırıblar. Xüsusi vurğulanıb ki, Metsamor AES-in yaratdığı təhlükə ilə əlaqədar aşkar dəlillərə baxmayaraq, Ermənistan yalan hesabatlar verir. Artıq istismar müddəti bitmiş, müasir təhlükəsizlik standartlarına cavab verməyən, köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor AES-in potensial nüvə qəzası mənbəyi olaraq qalması, eyni zamanda hər gün bölgənin ekologiyasına vurduğu ziyan, bölgənin içməli su mənbələrini zəhərləməsi və insanların sağlamlığına, təbiətə ciddi fəsadlar verməsini sammit iştirakçılarının diqqətinə çatdırılıb.

Bundan əvvəl də dəfələrlə Metsamor AES-lə bağlı problemləri, region və bütün dünya üçün potensial təhlükə mənbəyi kimi qalmasını beynəlxalq birliyin diqqətinə çatdırıb. Təəssüflər olsun ki, nə AEBA rəhbərliyi, nə də beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı təhlükə barədə səslənən çağırışlara diqqət ayırmır. Halbuki, yaxın keçmişdə nüvə qəzaları ilə əlaqədar əldə edilmiş acı təcrübə beynəlxalq birliyə bu məsələyə daha diqqətlə yanaşmağa vadar etməlidir. Bu qəzalar Avropa İttifaqında və bütün dünyada AES-lərin tikilməsi və istismarına baxışı dəyişmiş, təhlükəsizlik, ətraf mühitin qorunması ilə əlaqədar standartların daha da sərtləşdirilməsinə səbəb olub. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq böyük risk daşıyır və Ermənistanın məsuliyyətsiz siyasəti, beynəlxalq qurumların, ixtisaslaşmış təşkilatların laqeyd münasibəti region ölkələrini təhlükəyə atır.

Yeri gəlmişkən, Metsamor AES-dən doğan təhlükə ilə bağlı Azərbaycanla yanaşı, Türkiyə də dəfələrlə Metsamorun ölkəsi üçün yaratdığı təhlükədən narahatçılığını ifadə edib. İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam etdiyi xüsusi vurğulanıb. Metsamoru “sancağı çəkilmiş bomba” olduğunu bildirən Türkiyə AES-in ən qısa zamanda bağlanmalı olduğunu bəyan edib. Metsamor AES-in ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir. Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdi. Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb. O zaman radiasiyadan İğdır da təsirlənmişdi. Bu stansiyanın Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükə olduğu vurğulanıb.

Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onu 2 nömrəli reaktoru yenidən işə salınıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

Beləliklə, Ermənistan hökuməti növbəti dəfə beynəlxalq tribunadan dünya ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərib. Son söz isə beynəlxalq ictimaiyyət və təşkilatlarındır. İrəvanın məsuliyyətsiz davranışı, problemin gecikmədən həll edilməsinin vacibliyini diqqətə çatdırmalı, region və dünya üçün təhlükə olan stansiyanın fəaliyyətinə son qoyulmalıdır.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR