
"Azərbaycancam yaxşı olmadığı üçün ingiliscə danışmalı olacağam".
"AVESTA.AZ"un xəbərinə görə, bunu UFC-də Azərbaycanı təmsil edəcək MMA idmançısı Nazim Sadıqov deyib.
Bakı Dayaq Mərkəzində keçirilən tədbirdə Nazim Sadıqov UFC-yə gedən yoldan danışıb:
"Valideynlərim Bakıda yaşayıb. Mən Moskvada doğulmuşam. 6 yaşından ABŞ-da oluram, orada məktəbə getmişəmAvqustun 16-da UFC Contemder Series-də döyüşümdə qalib gəldim. UFC prezidenti Deyna Vayt nokautlara, parlaq qələbələrə üstünlük verir. Mən də o döyüşdə nokautla qalib gəldim. Ümid edirəm ki, UFC-dəki 4 görüşümdə də parlaq qələbə qazanaraq müqavilənin müddətini uzadaram. Dekabrda UFC-də ilk döyüşüm olacağı gözlənilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.