25-03-2024, 15:45 453

Səkkiz kəndin azadlığı - İrəvan prosesi uzatsa, Bakının cavabı sərt olacaq - ŞƏRH

Ermənistanla Azərbaycan arasında sülhün yaranmasına mane olan bir neçə məqam var. Bunlardan biri də xeyli müddətdir müzakirə olunan və rəsmi Bakının gündəlikdə saxladığı Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin hələ də geri qaytarılmamasıdır. Belə ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi hələ də erməni tapdağı altındadır. Rəsmi İrəvan son vaxtlara kimi bu məsələni unutdurmağa çalışırdı. Amma Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl özü də etiraf etdi ki, həmin yaşayış məntəqələri onlara məxsus deyil. O bildirdi ki, ermənilər ölkə sərhədlərinin haradan başlayıb, harada bitdiyini bilməlidirlər. Bu açıqlama ermənilərin həmin kəndləri işğal etdiklərinin etiraf idi. Əslində təkcə etiraf yox, həm Ermənistanı Azərbaycanla yeni toqquşmaya təhrik edən Qərb dövlətlərinə, xüsusilə Fransaya cavab idi. Çünki rəsmi Paris çox zaman olduğu kimi, bu məsələdə də “üç meymun” oyununu oynayır: görmək, eşitmək, anlamaq istəmir.

N.Paşinyan isə başa düşür ki, artıq nəinki onun hakimiyyəti, həm də Ermənistanın dövlətçiliyinin gələcəyi mübahisə predmetidir. Əlbəttə, Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilər bunu dəfələrlə bəyan ediblər.

Amma məsələ burasındadır ki, Ermənistan ABŞ, Fransa, Rusiya, İran kimi dövlətlərin maraqlarına xidmət etməklə riskli addımlar atır. Qərbin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri Ermənistan iqtidarı üçün dərs olmalıdır. N.Paşinyan, yəqin, başa düşür ki, bu gün onu destrukriv mövqeyə sövq edən ABŞ və Fransa sabah asanlıqla Ermənistan hakimiyyətinin “qələmini qıra” bilər. Belə bir vəziyyətdə rəsmi İrəvana yeni təhlükəsizlik təminatı lazımdır. Bunun yeganə yolu Bakı və Ankaranın regional əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bu isə o deməkdir ki, sülhə gedən yolda heç bir əngəl olmamalı, o cümlədən 8 kənd geri qaytarılmalıdır.

Mümkündür ki, N.Paşinyan həmin yaşayış məntəqələrinin Azərbaycan ərazisi olduğunu deməklə sadəcə vaxtı uzatmağa çalışır. Çünki bu bəyanat hələ heç nə demək deyil. Biz Ermənistan baş nazirindən əvvələr də oxşar ritorika görmüşük: bir sıra hallarda rəsmi İrəvanın sözü ilə əməli üst-üstə düşmür.

Amma o da istisna deyil ki, N.Paşinyan artıq həqiqəti anlayır və həm xalqını, həm daxildəki müxalifəti, həm də ona havadarlıq etmək istəyən gücləri 8 kəndin qaytarılmasına hazırlayır. Bunlardan hansının doğru olduğunu zaman göstərəcək. Ancaq zaman Ermənistanın əleyhinə işləyir. N.Paşinyan öz hakimiyyətini və dövlətçiliyini düşünürsə, sözünü əməldə təsdiqlənməli, 8 kəndi qeyd-şərtsiz qaytarmalıdır. Əks halda nələrin baş verəcəyini Ermənistan da, beynəlxalq ictimaiyyət də yaxşı bilir və buna görə məsuliyyət onların üzərinə düşür. Başqa sözlər, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını hərbi yolla işğaldan azad edəcək. Bunun üçün cəmi bir sutka bəsdir. Azərbaycan oxşar təcrübəni əvvəl də ortaya qoyub.

Ola bilsin, Azərbaycanın kəndləri hərbi yolla azad etməsi həmişə “suların bulandırılmasına” çalışan Qərbin maraqlarına cavab verir. Elə buna görə də yaşayış yerlərinin danışıqlarla qaytarılması üçün Ermənistana çağırış etmir. Amma İrəvan Qərbi yox, öz maraqlarını düşünməlidir. Çünki Azərbaycan Ordusu öz kəndləri uğrunda hərbi əməliyyatlara başlayarsa, bunun nəticəsi Ermənistan üçün ağır olacaq. Hər şeydən əvvəl Ermənistanın səmimiliyi sual altına düşəcək, sülh imkanlarına zərbə dəyəcək. Bu isə İrəvanın arzuladığı yeni təhlükəsizlik sisteminin puç olması ilə nəticələnə bilər.

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Dünən, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Dünən, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR