27-03-2024, 17:53 658

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb?

Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunu “AVESTA.AZ”a açıqlamasında "Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.

Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıb, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub: "Azərbaycan vətəndaşlarının 90-95 %-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə “AVESTA.AZ”a açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib: “Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftəl iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.

Turizm eksperti qeyd edib ki, sektor koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmləri bərpa etmək üzrədir: “Hələ ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmamışıq. 2019-cu ilin rəqəmlərinə hələ indi çatırıq. Bayram günlərində turistlərdən hər hansı bir şikayət daxil olmayıb. Ramazan ayı olduğu üçün müsəlman ölkələrindən gələnlərin sayı az idi, amma hər halda axın var idi".

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi isə "AVESTA.AZ"a açıqlamasında bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib: "Regionlarda 5 ulduzlu hotellərin doluluğu 95-100 % olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər – Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda - İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellərin doluluğu yüksək olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.

Paylaş

Xəbər lenti

"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar Bu gün, 00:48 Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib Bu gün, 00:48 Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar Bu gün, 00:48 Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib Bu gün, 00:48 Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür Bu gün, 00:48 Tərtər şəhərinin atəşə tutulmasından 6 il ötür Bu gün, 00:48 Bu gün Mustafa Kamal Atatürkün anım günüdür Bu gün, 00:48 Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib Dünən, 23:48 Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək? Dünən, 23:48 Lüksemburqda Zəfər Günü qeyd olunub Dünən, 23:48 İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb Dünən, 23:48 Günəşdə XXI əsrin rekordu təkrarlandı Dünən, 23:48 Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər Dünən, 23:48 Yod çatışmazlığına qarşı ən sadə üsul Dünən, 23:48 Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb Dünən, 23:48 Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Dünən, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Dünən, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Dünən, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Dünən, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Dünən, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Dünən, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Dünən, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Dünən, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Dünən, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Dünən, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Dünən, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Dünən, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Dünən, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Dünən, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Dünən, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Dünən, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Dünən, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Dünən, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Dünən, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Dünən, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Dünən, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Dünən, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Dünən, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Dünən, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Dünən, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Dünən, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Dünən, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Dünən, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Dünən, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Dünən, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Dünən, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR