30-03-2024, 23:32 436

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

"AVESTA.AZ" xəbər verir ki, bəyanatda deyilir:

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.

Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Paylaş

Xəbər lenti

Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Bu gün, 20:48 İranda 50 gündür internet yoxdur Bu gün, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Bu gün, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Bu gün, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Bu gün, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Bu gün, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Bu gün, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Bu gün, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Bu gün, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Bu gün, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Bu gün, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Bu gün, 18:48 Bakının 556 küçəsi yuyuldu Bu gün, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Bu gün, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Bu gün, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Bu gün, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Bu gün, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Bu gün, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Bu gün, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Bu gün, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Bu gün, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Bu gün, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Bu gün, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Bu gün, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Bu gün, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Bu gün, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Bu gün, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Bu gün, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Bu gün, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Bu gün, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Bu gün, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Bu gün, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Bu gün, 16:48 Sumqayıtda qanunsuz tikili sökülür Bu gün, 15:48 İran Azərbaycana təşəkkür edib Bu gün, 15:48 İş xanımı bunun üçün Özcan Denizə 5 milyon ödədi Bu gün, 15:48 48 gün sonra İrana ilk təyyarə yola düşdü Bu gün, 15:48 Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY Bu gün, 15:48 Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi Bu gün, 15:48 Narkotik satan 5 nəfər TUTULDU Bu gün, 14:48 Bakı və İslamabad əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyiblər Bu gün, 14:48 Qusarda oğul ona araq satmadığına görə anasını döydü Bu gün, 14:48 General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum oldu Bu gün, 14:48 Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? Bu gün, 14:48 Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib Bu gün, 14:48 Firuzə İbadovadan danışan Rəhman Rəhmanov: "69 yaşımda etiraf edim?" Bu gün, 14:48 Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH Bu gün, 14:48 ADSEA: Kür çayının sahilyanı riskli zonalarında nasos stansiyalarına fasilə verilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR