2-04-2024, 16:42 461

Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

Bakıda Azərbaycan və Rusiyanın Sankt-Peterburq şəhəri arasında iqtisadi-humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

“AVESTA.AZ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək”, - deyə nazir qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, iclasdan əvvəl azərbaycanlı nazir Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşüb. Görüşdə Azərbaycan və Rusiya dövlət başçılarının davamlı inkişafa və iqtisadi potensialdan səmərəli istifadəyə böyük əhəmiyyət verməsi nəticəsində regional əməkdaşlığın, o cümlədən ikitərəfli iqtisadi fəaliyyətin gücləndiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın Rusiyanın regionları, o cümlədən Sankt-Peterburqla tərəfdaşlığı genişlənir. Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşılıqlı münasibətlərin inkişafına əlavə stimul verir.

Tərəflər iqtisadi əlaqələrin perspektivləri, sənaye, innovasiya, turizm, gəmiqayırma və digər sahələrdə birgə fəaliyyət imkanlarını müzakirə edib, ticarət və biznes işbirliyinin dəstəklənməsi üçün mövcud potensialı dəyərləndiriblər.

Daha sonra Komissiyanın iclası keçirilib. İclasda iqtisadi münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində davamlı artım müşahidə edilir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 17 % artaraq 4,5 milyard ABŞ dollarına yaxın olub. Həmçinin, Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində mühüm əlaqələr qurub, təxminən 20 subyektlə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.

Tədbirdə ölkəmizin biznes imkanları barədə məlumat verilib, sənaye, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlıq perspektivlərinin böyük olduğu qeyd edilib. Sənaye zonaları və Ələt Azad İqtisadi Zonasında təqdim olunan güzəşt və stimullar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində iştirak imkanları barədə məlumat verilib.

Komissiya üzvləri qarşılıqlı fəaliyyətin səmərəsinin yüksəldilməsi, nəqliyyat, innovasiya və digər sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi, biznes nümayəndələri arasında işbirliyinin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüblər. İclas çərçivəsində prioritet sahələr, o cümlədən əczaçılıq, turizm, səhiyyə, əmək və əhalinin məşğulluğu, təhsil və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığa həsr edilmiş video-çarx nümayiş olunub.

İclasda “2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı” təsdiq edilib. Sənədi M.Cabbarov və A.Beqlov imzalayıblar. Tədbirlər Planı ticarət, ekoloji təhlükəsizlik, səhiyyə, məşğulluq və sosial müdafiə, humanitar, şəhərsalma və arxitektura sahələri üzrə tərəfdaşlığın dəstəklənməsini təmin edəcək.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə Sankt-Peterburqun Turizm və Qonaqpərvərlik sahəsində Beynəlxalq Kompetensiyalar Mərkəzi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə Sankt-Peterburq Tibbi Turizm Agentliyi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR