5-04-2024, 18:40 460

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Rəisimiz bölgünü belə təyin etmişdi   

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“AVESTA.AZ”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Vüqar Cəfərov bildirib ki, yoxlamalar zamanı 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Mənimsənilən məbləğdən onun üzərinə 99 min 600 manat pul düşüb. Onu da tam ödəyib.

“İşlədiyim ikinci hərbi hissədə yoxlama olmayıb. Mənimsənilən məbləğlər 20-50 faiz nisbətinə görə bölünürdü. İstintaq dövründə mənim mənimsədiyim pul 124 min manat məbləğində göstərilmişdi. Sonradan bildirdim ki, həmin pulun təxmini 20 faizini Süleyman Abbasova vermişəm. Mən işlədiyim dövrdə bir dəfə xüsusi tapışırıq olmuşdu. Ümumi puldan 35 min manatını da həmin xüsusi tapşırıq əsasında vermişəm, - o, deyib.

Şahid Bəxtiyar Ələkbərov bildirib ki, 2021-ci ilin mart ayından Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissədə 224 min 365 manat çatışmazlıq aşkar olunub. O, təftişə cəmi bir dəfə pul verdiyini və mənimsənilən pullardan öz üzərinə düşən məbləği tam ödədiyini deyib.

Məhkəmə iclasında şahid qismində ifadə verən Elman Mirzəyev deyib ki, təftiş vaxtı həbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. O, həmin hərbi hissədə 658 min manatdan çox pul mənimsənildiyini, 91628 manatının onun üzərinə düşdüyünü və həmin məbləği də büdcəyə tam ödədiyini bildirib.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında maliyyə xidmət rəisi işləyən Hüseyin Yusibov bildirib ki, hospitalda yoxlamalar zamanı 3 milyon manat çatışmazlıq aşkar olunub:

“Həmin puldan 1 milyon 235 min manat mənə qalıb, qalan pulları təftişə və maliyyələşməyə vermişəm. Mənim üzərimə düşən məbləğin 380 min manatını büdcəyə ödəmişəm qalanını da ödəyəcəyəm.”

O, həmçinin vurğulayıb ki, 335 min manat pulu xüsusi tapşırıqla müəyyən adamlara verib.

Şahid Füzuli Ələkbərli deyib ki, təftiş dövründə 3 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissələrin hamısında mənimsənilən pulların bölüşdürmə standartları eyni olub.

“Pulların 65 faizini Cəlal Kazımova vermişəm, 35 faizi isə özümə qalıb. Rəisimiz bölgünü belə təyin etmişdi. Bir hərbi hissədə çatışmazlıq təxmini 400 min manatdan çox idi. İşlədiyim digər hərbi hissədə isə 693 min manat mənimsəmə faktı müəyyən olunmuşdu. Bütün hərbi hissələrdəki mənimsənilən pullardan 500 min manatı mənə qalıb, 100 min manatını büdcəyə qaytarmışam, qalanını da qaytaracam.”
Müttəhim Cəlal Kazımov şahid F.Ələkbərlinin ifadələrinə etiraz edərək onun sözlərinin yalan olduğunu deyib:
“Kişi ol! düz danış! Bu adam yalan və absurd ifadələr verir. Bunun belə görünməyinə baxmayın, özündən yeni şeylər kəşf edib, ənənəvi sistemdən fərqli işləyib.”

Şahid F.Ələkbərli vəkillərin suallarını cavablandırarkən müəyyən olunub ki, onun mənimsənilən pullarla bağlı bildirdiyi məbləğin hamısı Cəlal Kazımovun dövrünə düşməyib. O, daha sonra həmin pullarla bağlı bildirdiyi məbləğin işlədiyi bütün dövrləri əhatə etdiyini deyib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub Bu gün, 14:48 "El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad xəbər Bu gün, 14:48 Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyevin xatirəsini yad edib Bu gün, 14:48 Kursant Seymur Ağamalıyev: "C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib" Bu gün, 14:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər Bu gün, 14:48 Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur Bu gün, 14:48 Göygöldə avtomobillər toqquşub, iki qardaş xəsarət alıb Bu gün, 14:48 Həkim stressə davamlılığı artıran qidaları açıqlayıb Bu gün, 13:48 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib Bu gün, 13:48 Moskvada faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə parad keçirilib Bu gün, 13:48 Qobustanda dəmiryol stansiyası ərazisində GÜCLÜ YANĞIN Bu gün, 13:48 DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 13:48 Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs həbs olunub Bu gün, 13:48 Zabrat qəsəbəsində boru partladı, ərazini su basdı Bu gün, 13:48 Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb Bu gün, 12:48 Sabah 28 dərəcə isti olacaq - Hava proqnozu Bu gün, 12:48 Azərbaycanda hoteldə yanğın olub Bu gün, 12:48 Madriddə yaşayan azərbaycanlı gənc ölüb Bu gün, 12:48 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Azərbaycan nefti 4 %-dən çox bahalaşıb Bu gün, 11:48 Bu da oldu… - Gənc qız süni intellekt asılılığına görə müalicəyə başladı Bu gün, 11:48 "Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisinat CƏZALANDIRILDI Bu gün, 11:48 Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb - İlk 4 ölkə Bu gün, 11:48 Bu gün Arif Məlikovun anım günüdür Bu gün, 10:48 Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI Bu gün, 10:48 Yol polisindən istirahətə gedənlərə vacib MÜRACİƏT Bu gün, 10:48 BƏDBƏXT HADİSƏ: 25 yaşlı oğlan işlədiyi bağda ÖLDÜ Bu gün, 10:48 "Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur" - Rəsmi açıqlama Bu gün, 10:48 İş adamı restorandan çıxarkən GÜLLƏLƏNDİ Bu gün, 10:48 Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib Bu gün, 09:48 Misli Premyer Liqası: "Qəbələ" "Qarabağ"a, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı Bu gün, 09:48 Messi bu gənc futbolçunu özünə bənzədir Bu gün, 09:48 39 yaşlı kişi restoranın yaxınlığında güllələndi Bu gün, 09:48 XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib Bu gün, 09:48 Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq Bu gün, 09:48 Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü Bu gün, 00:48 Faşizm üzərində qələbədən 81 il ötür Bu gün, 00:48 FIFA-dan geri addım: "Neftçi"nin transfer qadağası ləğv edildi Dünən, 23:48 Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 Tokayev Moskvaya işgüzar səfər edib Dünən, 23:48 Ağsu dolaylarında qorxulu anlar: Yol çökdü, hərəkət məhdudlaşdırıldı Dünən, 23:48 AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı Dünən, 23:48 "Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu Dünən, 22:48 Bakı kəndlərində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 22:48 "Haber Global" "SAHA 2026" hərbi sərgisindəki Azərbaycan stendindən reportaj hazırladı Dünən, 22:48 Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım" Dünən, 22:48 Bakının mərkəzində iki küçə bağlanacaq - XƏBƏRDARLIQ Dünən, 21:48 Bu dəfə imtahanda ən çox bal yığan onlar oldu - FOTOLAR Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR