
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.
“Report” xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində isveçrəli Samuel Şerrerlə üz-üzə gəlib.
Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurmaqomedov 1/4 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) 1/4 finala adlayıblar.
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
“Report” xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində litvalı Domantas Pavluçenko ilə üz-üzə gəlib.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Nurmaqomedov 1/8 finala yüksəlib. Onun bu raunddakı rəqibi İsveçrə idmançısı Samuel Şerrer olacaq.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk iki günündə Azərbaycanın yunan-Roma və qadın güləşçiləri uğursuz çıxış ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.