7-04-2024, 21:35 591

Kayseri şəhərindəki Xocalı parkında

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı keçirilib.

“AVESTA.AZ”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri bələdiyyə sədri Memduh Büyükkılıç, Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, AKP-nin Kayseridən seçilən millət vəkilləri - Bayar Özsoy və Murad Cahid Cingi, Ərciyəz Universitetinin professoru, “Şuşa” Azərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk Kurt, “Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov, Ərciyəz Universitetinin azərbaycanlı müəllimləri və digər soydaşlarımız, eləcə də yerli sakinlər iştirak ediblər.

Havva Selçuk Kurt “AVESTA.AZ”un Türkiyə bürosuna deyib ki, mərkəz Azərbaycan və Türkiyə arasında əlaqələrin daha yaxşı səviyyələrə çatmasına və iki dövlətin qardaşlığının möhkəmlənməsinə töhfə verəcək: “Bir millət, iki dövlət” prinsipi ilə qardaşlığın möhkəmlənməsi üçün belə fəaliyyətlər bundan sonra da olacaq”.

Havva Selçuk Kurt “Şuşa” Azərbaycan Evinə bitişik ərazidə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ildə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmiş 613 dinc sakinin adlarının qeyd edildiyi Xocalı Şəhidləri abidəsinin olduğunu da vurğulayaraq deyib ki, kayserililər Azərbaycan bayrağının Şuşa ilə qardaş şəhər Kayseridə dalğalandırılmasından böyük qürur duyur.

Kayseri bələdiyyəsinin sədri Memduh Büyükkılıç “AVESTA.AZ”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın timsalında Kayserini bütün türk dünyasının görüş yeri hesab etdiyini bildirib. Bələdiyyə sədri bu cür fəaliyyətlərdə türk gəncliyinə böyük önəm verilməsinin vacibliyini qeyd edib: “Biz də yaxın gələcəkdə qardaş Şuşaya böyük heyətlə səfər edəcəyik”.

“Şuşa” Azərbaycan Evinin yerləşdiyi Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın isə qeyd edib ki, ərazi 20 min kvadrat metrlik bir sahəni əhatı edir və orada Xocalı parkı da salınıb.

Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov “AVESTA.AZ”un Türkiyə bürosuna deyib ki, bu mərkəz həm də DİDK-in və Talas bələdiyyəsinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Kayseri Böyük Şəhər Bələdiyyəsinin türk cəngavərliyini əks etdirən “Mehtər” qrupunun təntənəli ifaları ilə başlayan tədbir iştirakçıların əksəriyyətinin “Qarabağ” mahnısını şövqlə səsləndirməsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün Kayseri Mədəniyyət Mərkəzində tədbirin bədi hissəsi Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun iştirakı ilə davam edəcək.

17:25

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında "Şuşa" Azərbaycan Evinin açılışı keçirilir.

“AVESTA.AZ”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər.

Qeyd edək ki, "Şuşa" Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının ərazisində xüsusi bina inşa edilib. Tədbirdən əvvəl parkda ucaldılan Xocalı abidəsi ziyarət edilib.

Paylaş

Xəbər lenti

"Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR