10-04-2024, 15:39 508

Azərbaycanda dini tolerantlıq dünya üçün nümunədir - RƏY

Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bu fikri “Report”a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərli deyib.

O qeyd edib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə döndükdən sonra 1993-cü ildə "Təzəpir" məscidini ziyarət edib: “O, “Allahın yolunda birlik olaq” çıxışı ilə Azərbaycan xalqına bəyan etdi ki, ölkədə dövlət-din münasibətləri tənzimlənəcək. Xalqımız tarix boyu öz milli dəyərlərinə sadiq olub. Lakin 70 illik sovet hakimiyyəti dini, milli azadlığa imkan verməyib, insanlara qadağalar tətbiq edib. Ölkəmiz müstəqillik əldə edəndən sonra qadağalar aradan qalxdı, din və dövlət münasibətləri öz məcrasında inkişaf etdi. Sovetlərin sökdüyü məscidlər bərpa olundu, yeniləri tikildi. İnsanların vicdan azadlığı təmin olundu”.

Heydər Əliyevin həm də müsəlmanların müqəddəs şəhərləri ziyarət etdiyini xatırladan deputat düşünür ki, Ulu Öndər bu əməlləri ilə verdiyi vədlərinə sadiq olduğunu sübut etdi:

“Azərbaycanın bütün ərazilərində din-dövlət münasibətləri tənzimlənsə də, erməni tapdağında olan torpaqlarımızda durum tamamilə əksinə idi. İşğal altında olan 20 faiz ərazilərimizdə infrastruktur yerlə-yeksan edilir, dini-tarixi abidələr dağıdılır, məscidlərə hörmətsizlik edilirdi. Nəhayət, 2020-ci il zəfərindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazilərimizdəki özbaşınalığa son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirildi. Bütün binalarla yanaşı məscidlər, ibadət yerləri də yenidən əvvəlki vəziyyətinə gətirilir, azan oxunur”.

A.İsgəndərli Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində ölkənin ən böyük məscidlərindən birinin tikildiyini, tezliklə dindarların istifadəsinə veriləcəyini vurğulayıb:

“Azərbaycanda tarix boyu İslam dininə böyük hörmətlə yanaşılıb, islami dəyərləri təbliğ edilib. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə beynəlxalq konfranslar, müxtəlif dini konfensiyaları bir araya gətirən tədbirlər keçirilib. Bütün bunlar göstərdi ki, Azərbaycan müasir dünyanın uğurlarını, inkişafını qəbul edir, bütün dinlərə hörmətlə yanaşır və tolerant ölkə olaraq inkişaf edir. Bunun nəticəsidir ki, ölkəmizdə təkcə müsəlmanlar deyil, xristianlar, yəhudilər də sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu tolerantlıq bütün dünya üçün nümunədir”.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR