
Kanadanın qadınlardan ibarət hokkey millisi ABŞ-nin Nyu-York şəhərində keçirilən dünya çempionatının qalibi olub.
“AVESTA.AZ” xəbər verir ki, finalda ABŞ yığması ilə qarşılaşan kanadalılar əlavə vaxtda vurduqları qolla 6:5 hesablı qələbəyə seviniblər.
Üçüncü yer uğrunda görüşdə Finlandiya Çexiyaya qalib gəlib - 3:2.
Qeyd edək ki, Kanada millisi 13-cü dəfə dünya çempionu olub. ABŞ-nin hesabında 10 titul var. Şimali amerikalılardan başqa heç bir komanda mundialı qazanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.