17-04-2024, 21:39 542

Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə havadarlarının köməyinə arxalanaraq ermənilərin türk-müsəlman əhalisinə divan tutduğu Qəmərli rayonu haqqında süjet hazırlanıb.

“Report” xəbər verir ki, "Qamər türklərinin adını yaşadan Qəmərli” adlı süjetdə ermənilərin tarix boyu “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün bütün hiylələrdən istifadə etməsindən bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycan ərazisinin tarixi abidələri ilə zəngin bir bölgəsi kimi Qəmərli Gərnibasar mahalının düzənlik hissəsində yerləşən qəsəbə olub. Qəmərli adı eramızdan əvvəl VIII əsrdə, yəni 715-ci ildə Urartu çarı I Rusanın ordusunu darmadağın edərək, Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində məskunlaşan Qamər - Kimmer/Kəmər tayfasının adını yaşadan nadir toponimlərdən biridir. Qamər türklərinin adını yaşadan Qəmərlinin yaxınlığında qədim şəhər qalıqlarının mövcudluğu buranın türk-oğuz yurdu olmasının sübutudur.

Qeyd olunur ki, 1828-ci ilə qədər bu ərazidə ancaq azərbaycanlılar yaşayıb: “1828-1829-cu illərdə bura İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb. Onların yerləşdirilməsi üçün Qəmərli kəndinin aşağı hissəsində yeni kənd salınıb və bu kənd Aşağı Qəmərli adlanıb. Kənddə yaşayan azərbaycanlıların sayı 1897-ci ildə 757 nəfər, 1905-ci ildə 870 nəfər, 1914-cü ildə 835 nəfər olub. 1918-ci ilin əvvəllərində Qəmərli erməni vəhşiliyinin qurbanı olub, bölgədə azərbaycanlıların soyqırımı zamanı Qəmərli kəndinin türk-müsəlman əhalisinə divan tutulub, onların bir hissəsi qəddarcasına qətlə yetirilib, sağ qalanlar isə yurd-yuvasından qovulublar. Bölgədə Sovet hakimiyyəti qurulduqdan, erməni-daşnak hərbi qüvvələri darmadağın edildikdən sonra kəndin qaçqın əhalisinin bir hissəsi geri qayıdıb.

Diqqətə çatdırılır ki, Qəmərli rayonu rəsmi olaraq 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-dək Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlandırılıb. SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalıb. 1948-1953-cü illərin deportasiyasında kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana köçürülüb. Lakin bəzi azərbaycanlı ailələr bir müddətdən sonra geri qayıtsa da, son olaraq Qəmərlinin azərbaycanlı əhalisi 1988-ci ildə qovulub və şəhər tamamilə erməniləşdirilib. Rayon üzrə 57 tarixi yer adları dəyişdirilib və nəhayət, 1995-ci ildə Qəmərli, yəni Artaşat şəhəri Ararat mərzliyinin inzibati ərazisinə daxil edilib.

Sonda vurğulanır ki, erməni vəhşiliyinə şahidlik edən Qəmərli rayonu da zaman-zaman hayların caynağına keçib: “Lakin əminik ki, azərbaycanlıların Qərbi Azərbaycana yenidən qayıdışı ilə doğma yurdlarımız erməni caynağından xilas olacaq, bu ərazilərdə milli varlığımız bərpa ediləcək və adət-ənənələrimiz yaşadılacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında aprelin 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR